Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

İsrailli politoloq: İrana qarşı sanksiyalardan Moskva qazanacaq

  11

İsrailli politoloq Yuri Boçarovun Oxu.Az-a verdiyi müsahibəni təqdim edirik:

- Mayın əvvəlində İrandan neft alan idxalçı dövlətlərə qarşı neft sanksiyaları ilə bağlı verilən möhlət başa çatdı. Vaşinqton sanksiyalarının təzyiqi altında bütün dövlətlərin İran neftindən imtina edəcəyi nə dərəcədə gözləniləndir?

 - Tramp administrasiyası hələ 2018-ci ilin may ayında ABŞ-ın birtərəfli şəkildə nüvə sazişindən çıxdığını və bu ölkəyə qarşı sanksiyalar tətbiq etdiyini elan edib. Noyabr ayında İranın neft sektoruna qarşı sanksiyalar qüvvələr minməli idi, Vaşinqton öz tərəfdaşlarının maraqlarını nəzərə almaqla, istisna hal kimi bir sıra dövlətlərə İran neftinin idxalını davam etdirməsinə şərait yaratdı.

Hazırda Tramp administrasiyası neftin alınması ilə bağlı verilmiş möhlətin başa çatması ilə əlaqədar idxalçı dövlətlərlə məsləhətləşmələr aparır. Bir sıra dövlətlərin  İran neftinin alınması ilə bağlı imtiyazı ləğv olunsa belə, ilk növbədə Çin İranın qara qızılını idxal etməyə davam edəcək. Yəqin, Yaponiya da bundan sonra sanksiyalardan yan keçərək İran neftini alacaq.

Ən böyük problemlə Hindistan üzləşə bilər, çünki onların iqtisadiyyatı ucuz və əlçatan neftə ehtiyac duyur. Belə bir nefti Tehran tədarük etməyə hazırdır. Amerika indi seçim qarşısında qalacaq: ya rəsmi Dehliyə təzyiq göstərəcək, ya da yenidən müvəqqəti güzəştə gedəcək. Üstəlik, ABŞ əfqan probleminin həlli üçün Hindistan və onun regional təsir gücü ilə yaxından maraqlanır.

Bu arada, hamı çox gözəl anlayır ki, İrana qarşı sanksiyalar, əslində, ikiağızlı qılıncdır. Çünki ilk növbədə bundan qazanan Rusiya olacaq, bu isə onun öz neft tədarükünü Asiya regionuna qədər genişləndirməsinə, bununla həm də siyasi nüfuzunu artırmasına vəsilə olacaq.

- İranın İnqilab Keşikçiləri Korpusunun region neftinin 30 faizinin daşındığı Hörmüz boğazına nəzarət etdiyini nəzərə alsaq, iqtisadi qarşıdurma silahlı toqquşmalara yol aça bilər?

- Mənə elə gəlir, məhz amerikalılar hərbi toqquşmaların baş verməsində maraqlıdır. Çünki belə olan zaman, həmişə olduğu kimi, ölkənin bütün strukturlarını bombardman etmək olar. Ancaq hərbi münaqişə baş verərsə, Vaşinqtonun İran körfəzi regionunda olan gəmiləri və bazaları güclü zərbələrə tuş gələ bilər. İran hərbi donanmasının indiki səviyyəsi ABŞ hərbi dəniz qüvvələrinə kifayət qədər ciddi təhdid sayılır.

Donald Tramp özü dəfələrlə qeyd edib ki, İranın nüvə proqramı üzrə saziş “çox pis sazişdir”. Halbuki Vaşinqtonun birtərəfli olaraq müqavilədən çıxmasına əsas səbəb Trampın “Amerikalılar hamıdan üstündür” doktrinasıdır. Məhz bu prinsip əsasında iri müqavilələləri və onunla bağlı öhdəlikləri yenidən nəzərdən keçirir, onların yalnız ABŞ milli maraqlarına cavab verməsini təmin etməyə can atır.

Şimali Koreya ilə münasibətlərdə də Rusiyaya ünvanladığı orta və kiçik mənzilli raketlərin ləvğ olunması ilə bağlı müqavilənin şərtlərini pozmaq ittihamlarında da bunu görə bilərik. İndi isə eyni sxem İranla münasibətlərdə tətbiq olunur.

Buna görədir ki, indi də ortaya Hörmüz boğazının bağlanması mövzusu atılıb. Üstəlik, bu mövzu ilə bağlı həmin rusiyalı, həm də xarici ekspertlər fikir yürüdür. İranın, həqiqətən, bunu etməyə imkanları var. Ancaq real perspektivdə hələlik Hörmüz boğazında ABŞ-İran münaqişəsi riski nəzərdən keçirilmir. Hər şey informasiya müharibəsi, təbliğat-təşviqat səviyyəsindədir.

- Sanksiyaların sərtləşdirilməsi İran iqtisadiyyatı üçün nə dərəcədə faciəvi ola bilər? Tehranda yaşayış, qida məhsulları, mebel, geyim bahalaşır. Sizcə, bu, İran cəmiyyətində yeni etiraz dalğasına yol aça bilər?

- Sanksiyalar sərtləşdirilməsə belə, İranın əhalisi narazıdır. İnflyasiya səviyyəsinin artımı yeni narazılıq dalğasına təkan verə bilər? Bəli, yəqin ki, belə də olacaq. Ancaq sonun necə olacağını heç kim bilmir. Hazırda İran ümumxalq narazılığı astanasındadır, bu, yalnız vaxt söhbətidir. Həmçinin, həm amerikalıların ölkəni xaosa sürükləmək səylərindən, həmçinin, yerli hakimiyyətin, inqilaba yol verməmək səylərindən asılı olacaq. İranın narazılıq dalğasına yol verməmək imkanı var var. Ordunun hakimiyyətin tərəfində olduğu müddətcə bu regionda inqilab şansları çox aşağı olacaq.

- İranın dövlət büdcəsinin balanslaşdırılması üçün 2019-cu ildə neftin bir bareli gərək 125,6 dollara qalxsın. 2017-ci ildə bunun üçün bir barelin qiymətinin 64,8 dollar olması kifayət edirdi. 2018-ci ildə isə tələb olunan qiymət 113,8 dollar idi. Dünyada neft qiymətlərinin artımı, bir barelin qiymətinin azından 100 dolları ötəcəyi nə dərəcədə gözləniləndir?

- Neftin birdən-birə iki dəfə bahalaşması üçün neft ölkəsində baş vermiş sıradan bir fəlakətə yox, qlobal fəlakətə, deyək ki, İran körfəzində müharibəyə ehtiyac var. Elə bir müharibə ki hamı hamının düşmənidir. İran neftinin tam blokadası belə, (bu isə ölkənin ərazilərində hərbi əməliyyatlar getməyincə mümkün olmayacaq) neftin qiymətini kəllə-çarxa qaldırmayacaq.

Ancaq sözsüz, bu, qiymətə müəyyən dərəcədə öz təsirini göstərəcək. Onu da unutmaq lazım deyil ki, neft qiymətlərinin birjada qalxıb-enməsində böyük məmnuniyyətlə oynayan və ya oynadan ölkələr, ayrı-ayrı maliyyə qruplaşmaları ortaya çıxacaq; belələri hər zaman tapılır. Neftlə bağlı spekulyativ maraqlar həddindən artıq çoxdur.

Xəbər Lenti

| “Arsenal” və “Çelsi” azarkeşlərinin Bakıda toplaşacağı yer açıqlandı

| Ukraynalı qadın Bakıdakı məşhur salonda solyariyə girdi, yandı - AÇIQLAMA

| Məmmədyarov çinli həmkarı ilə görüşdü - FOTO

| İran-ABŞ müharibəsi baş versə, Azərbaycanı nə gözləyir?

| Ən təhlükəli siqaretlər bunlar imiş

| Xaricdə pulsuz təhsil almaq istəyənlərin nəzərinə - Müsabiqə başladı

| Dərbəndin keçmiş başçısı azərbaycanlıları öldürdüb - İDDİA

| Deputatlar səs-küylü layihəni müzakirə etdi - Hüquqlar məhdudlaşdırılır?

| Dondurma mövsümü başladı - Zəhərlənmək istəmirsinizsə, bunları bilməyiniz vacibdir

| Məişət zorakılığı ilə bağlı dəhşətli statistika - Bir ildə 87 min qadın öldürülüb

| Qəzalı bina sakinləri ilə icra hakimiyyəti arasında qarşıdurma - VİDEO

| Prezident Ramiz Novruzla görüşdü: Uzaqdan gördü, məni yanına çağırdı

| Qəzalı bina sakinləri ilə icra hakimiyyəti arasında qarşıdurma - VİDEO

| Zurabişvili Azərbaycanla sərhədin delimitasiyasından yazdı

| “Abşeron City” müştərilərin başına oyun açır - Rəhbərləri isə yoxa çıxıb

| Qaçırdığı qadını vəhşicəsinə döyüb öldürdü - 16 illik həbs edildi

| Elinanın intihar etdiyi məktəbə müvəqqəti direktor təyin edildi

| Pakistan “Şahin-2” raketini sınaqdan keçirdi - VİDEO

| Paşinyanı devirmək istəyirlər

| Azərbaycanlı “UAZ”a baş direktor təyin edildi

| Ankara ABŞ-ın ultimatumuna münasibət bildirdi

| Vahid Ələkbərovun oğlu Rusiyanın ən varlı varisidir

| Erməni bacı-qardaş Azərbaycandakı yarışda çıxış edəcək

| Yağış yağacaq, duman olacaq

| “Laçın” Ticarət Mərkəzinin sahibinin oğluna hökm oxundu

| “Çelsi”nin müdafiəçisi David Luis Bakı finalı barədə

| Üç yaşlı uşaq çayı keçərkən suda boğulub öldü

| Mxitaryan “Twitter”də tənqid atəşinə tutuldu - FOTO

| Prezident Ramiz Novruzla görüşdü: Uzaqdan gördü, məni yanına çağırdı

| Fənn olimpiadalarının qaliblərinin imtahansız qəbul şərtləri

| Heydər Əliyev Fondu iftar süfrəsi açdı - FOTO

| Tarix Muzeyində yanğın olsa, binanı və eksponatları xilas etmək olmayacaq - FOTO

| Polis şübhələnməsin deyə narkotik almağa azyaşlı oğlu ilə getdi - FOTO

| “Himnimizi birgə oxuyaq!” - Bulvarda fləşmob olacaq

| Nə üçün azərbaycanlılar kütləvi şəkildə Amerika lotereyasında iştirak edir? - FOTO

| Ölmüş heyvanın ətini Bakıda satmaq istədilər

| Övladımızı bir qaşıq suda boğmağa hazırıq, təki biz deyən olsun

| Universitetlərə imtahansız qəbulda yer məhdudiyyəti olmayacaq

| Azərbaycan daha bir konvensiyaya qoşulacaq

| Ali məktəblərə imtahansız qəbulun vaxtı məlum oldu

| Qadınlara qarşı zorakılığın iqtisadi dəyəri açıqlandı

| “Expressbank”ın müştəriləri kartla ödədilər və qazandılar

| Şad xəbər: yumurta yeddi, şəkər tozu 70 qəpik olacaq - FOTO/VİDEO

| “Expressbank”ın müştəriləri kartla ödədilər və qazandılar

| Musa Qasımlı: Ermənistan hər şeyi “oldu-bitdi” kimi qələmə vermək istəyir

| “TOCA Residence” - rahat və premium həyat bəxş edən yaşayış kompleksi

| İlham Əliyev çinli naziri qəbul edib

| Gəncədə ruhi xəstə itkin düşdü

| Ramil Usubov polkovnik-leytenantı işdən çıxardı

| Şad xəbər: yumurta yeddi, şəkər tozu 70 qəpik olacaq - FOTO/VİDEO

| NATO Rusiyanı Krımdan çıxmağa çağırdı

| Avtomobili qəpiklərlə aldı, pulu 16 nəfər hesabladı - VİDEO

| Tereza Mey istefaya gedə bilər

| Yevlaxda tələbələrin olduğu mikroavtobus aşdı: Ölənlər var - FOTO

| Prezident və xanımının sakinlərlə görüşündən - FOTOLAR

| Bu şəxslərin ali məktəblərə qəbul qaydaları təsdiqləndi

| Neftçalada ağır qəza: dörd nəfər öldü - VİDEO

| Mask ABŞ ordusunu məhkəməyə verdi

| Azərbaycanlı müstəntiq qız özünü çayda boğub: onu zorla nişanlayıblar

| Azərbaycan soyadlı erməni “Yandex”ı idarə edəcək

| “Prada” təbii həzdən imtina etdi

| Cənubi Karolinada 28 may 2019-cu il – “Azərbaycan günü” elan edilib

| Moskva Univermağının yanında 22 yaşlı gənc bıçaqlanıb

| Rəfiqəsi Maradonadan 6,3 milyon dollar tələb edir

| “O olmasın, bu olsun” 60-ci dəfə Musiqili Teatr səhnəsində - FOTO

| Tramp Yaponiyada sumo yarışmasını izləyəcək

| Bakıda tuneldə 2 yük maşını toqquşub

| Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı bina yanıb

| Bakıda I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi keçirilir

| Alimlər solaxaylığın səbəblərini açıqlayıblar

| Heydər Əliyev Mərkəzində rəssam Zurab Seretelinin sərgisi açılıb - FOTO

| Astarada “avtoş”luq edən gənc saxlanılıb - FOTO

| Maduro hərbçilərə ABŞ-a qarşı hücuma hazır olmaq əmri verdi

| Ramazan ayının on səkkizinci gününün – DUASI VƏ TƏQVİMİ

| Əməkdar artist vəfat etdi - FOTO

| Bakıda keçiriləcək finalın açılış mərasimində məşhur müğənni oxuyacaq

| UEFA İcraiyyə Komitəsi Bakıda vacib qərarlar qəbul edəcək

| Ayağı yoxdur, amma “jim” üzrə rekord vurub - Zakın ümid dolu həyatı

| Ayağı yoxdur, amma “jim” üzrə rekord vurub - Zakın ümid dolu həyatı

|

Qədr gecəsində qəbir gecəsi üçün
ibadət edənə müjdələr olsun

| Mesut Özil: Azərbaycanlı qardaşlarım, Bakıda görüşənədək!

|

Bakıda eston təcrübəsi
mümkündürmü?

| DİN əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq

| I və IV ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanlarının nəticələri açıqlanıb

| XX əsrin maqnatları indiki milyarderlərdən zəngin olub

| Bakıda eyni mənzili bir neçə nəfərə satan şirkət rəhbərlərinə hökm oxundu

| Qədim hindularda müasir texnologiyalar aşkarlandı

| Həmid Həmidov: Slavyankadakı bulaqları xilas etmək lazımdır - VİDEO

| Azərbaycanda tarixi körpü bərpa olunur - FOTO

| ABŞ-ın Azərbaycandakı keçmiş səfiri: Bakı təhlükəsiz şəhərdir