Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Ərzaq təhlükəsizliyinin «təhlükəsi»

  62

Məhsulun keyfiyyətinə vətəndaş cəmiyyətləri və əhali nəzarət etməlidir

 Son zamanlar mediada tez-tez rast gəldiyimiz məlumatlardan biri də, kimlərinsə Qida Təhlükəsizliyi Ağentliyinin adından istifadə edərək sahibkarlardan rüşvət alması faktları ilə bağlıdır.

Bu günlərdə Agentliyin sədri Qoşqar Təhməzli də məlumat yayıb ki, indiyə qədər özünü Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı kimi təqdim edən və qurumun adından istifadə edən 6 nəfər şəxs aşkarlanıb.

Sədir əlavə edib ki, həmin şəxslərə cinayət işi açılıb və həbs ediliblər. Bütün bunlara baxmayaraq, bu kimi hallarla bağlı Agentliyə daxil olan müraciətlərin sayı artmaqdadır və hüquq-mühafizə orqanları bu istiqamətdə lazımi tədbirlər görür.

Bu problemin ən maraqlı tərfi odur ki, pul qazanmaq istəyən işbazlar nə üçün Ağentliyin adından istifadə etməyə üstünlük verirlər və nə üçün sahibkarlar Qida Təhlükəsizliyi Agentliyinin adından gələn rəsmi şəxslərə pul verməkdə maraqlıdırlar? Yəqin ki, sualın cavabını bu məsələlərdən anlayışı olan oxucular təxmin etdi - ona görə ki, Agentliyin sahibkarlara qarşı qoyduğu tələblər əksər obyektlərdə yerinə yetirilmir, yəqin ki, sahibkarlar məhz bu səbədən Agentliyin əməkdaşlarına rüşvət verirlər ki, həmin çatışmamazlıqları ört-basdır etsinlər. Bəzi hiyləgər və dələbuz vətəndaşlarımız da asan yolla pul qazanmaq məqsədi ilə Ağentliyin saxta vəsiqələrini hazaırlayar sahibkarlardən "haqq", yəni rüşvət yığırlar. Hazırda Agenitliyə məlum olan altı nəfərdir, böyük ehtimalla onların sayı daha çoxdur.

Agentlik sədrini narahat edən bu tendensiyadan, belə bir nəticə çıxır ki, bu dövlət qrumu qida təhlukəsizliyinə nəzarətdən daha çox sahibkarları xərcə salmaqla məşğuldur və digərlərinin onun bazarına girməsindən pəjmürdədir.

Çünki bu Agenitlik yaranan gündən cəmiyyətdə onun fəaliyyəti barədə geniş müzakirələr gedir və qrumun hərəkətlərindən ciddi narazılıqlar var. Lakin bu məsələnin bir tərəfidir, məsələnin digər tərəfi ondan ibarətdir ki, bir dövlət qurumu bütün ölkə üzrə qida təhlükəsizliyini təmin edə bilərmi? Məlum olduğu kimi, istənilən ölkədə istehsal və ticarət obyektlərinin sayı on minlərlə ölçülür. Bu qədər sayda obyektlərdə eyni zamanda milyonlarla mal istehsal edilir və satılır, bu qədər məhsul axınının təhlükəsizliyini bir dövlət qrumunun təmin etməsi, faktiki olaraq mümkün deyil. Çünki inzibati nəzarət metodu ilə çox məhdud bir sferanı müşahidə altında saxlamaq olar. Bizdə yaradılan Qida Təhlükəsizliyi Agentliyi sovetlər dönəminin mövcud olan məşhur "OTK"nın (texniki nəzarət şöbəsi) analoqudur. Sovetlər dönəmində bu qurum effektiv şəkildə fəaliyyət göstərirdi, ona görə ki, o vaxt bir sahibkar vardi, o da dövlət özü idi. İnzibati qaydada bütün istehsal müəssisələrində hazır məhsul "OTK"nın yoxlamasından sonra satışa çıxarılırdı. Məhsulun yoxlamadan keçməsi barədə şöbənin möhürü mütləq ya məhsulun qablaşdırmasının üzərində, ya da onu müşaiyət edən sənəddə olurdu. Hazırda isə ölkədə onminlərlə istehsalçı və satıcı sahibkar var. Belə bir vəziyyətdə inzibati metodla keyfiyyətə nəzarət etmək faktiki olarq mümkün deyil, buna istək olsa belə, dövlət orqanı çox təmiz işləsə də, bu texniki baxımdan heç bir qurumun imkanları daxilinə deyil.

Bəs belə bir şəraitdə - onminlərlə sahibkarın çalışdığı bazar iqtisadityyatı ölkəsində qida təhlükəsizliyini necə təmin etmək olar? Bu model Azərbaycan üçün yenilik olsa da, dünyanın bazar iqtisadiyyatı ölkələrində çoxdan tətbiq edilir. Çox maraqlıdır ki, sözügedən ölkələrdə əsas yük vətəndaş cəmiyyətinin və sıravi vətəndaşların üzərinə düşür. Belə ki, ölkəyə bütün növ məhsul və xidmətlərin keyfiyyətini ölçən laboratoiyalar gətirilir. Həmin laboratoriyaları vətəndaş cəmiyyəti institutları müvafiq qanunvericiliyə uyğun olaraq işlədir. Dövlət yalnız onların fəaliyyətinə - avadanlıqlarının standartlara uyğun, hər hansı bir şirkətin məhsuluna qarşı qərəzin olub-olmamasına və s. nəzarət edir. Hətta, bəzi ölkələrdə dövlət apellyasiya laboratoriyaları da var. Belə laboratoriyalarda mübahisəli məsələlər çözülür. Mexanizm ondan ibarətdir ki, vətəndaş hər hansı bir mal və xidmətin keyfiyyətindən narazıdırsa, dərhal həmin laboratoriyalardan birinə müraciət edir, xidmət haqqını ödəyərək məhsulun keyfiyyətinə dair təsdiqlənmiş sənəd alır. Sənəddə məhsulun keyfiyyətsizliyi təsdiqlənirsə, vətəndaş məhkəməyə müraciət edərək günahı olan sahibkardan çox böyük məbləğdə təzminat tələb edir. Məhkəmələr isə həmin məbləğin sahibkardan alınıb zərərçəkənə ödənilməsini təmin edir. Cəmiyyətdə isə belə təzminatların məbləğinin yüksək olması dəstəklənir, media tərəfindən işıqlandırılır. Bir tərəfdən keyfiyyətsiz məhsula görə cərimələnən sahibkarın nüfuzu körlanır, digər tərəfdən isə sahibkar təzminat ödəməklə ciddi zərərə düşür. Bütün bu zərərlərdən sığortalanmaq üçün hər bir sahibkar istehsal etdiyi və satdığı məhsula özü ciddi nəzarət edir. Beləcə, bütün ölkə üzrə nəinki qida təhlükəsizliyinə, hətta, bütün məhsulların keyfiyyətinə nəzarət təmin edilir. Bu modelin işlədiyi Avropa ölkələrində keyfiyyətsiz məhsula çox nadir hallarda rast gəlmək olur. Çünki buna bütün vətəndaşlar nəzarət edir və onlar bu nəzarətdə çox maraqlıdırlar, ən azı bu yolla yaxşı qazanmaq mükündür.

 

P.S:

 

Şirkət xərçəngə yoluxan ər-arvada fantastik kompensasiya ödəyəcək

 

ABŞ-da kənt təsərrüfatı sahəsində fəaliyyət göstərən bir şirkət ər-arvada 2 milyard 55 milyon dollar təzminat ödəyəcək.

Medicina.az bildirir ki, bu barədə Kaliforniya ştatının Oklend şəhərinin əyalət məhkəməsi hökm oxuyub. Buna səbəb alaq otlarının təmizlənməsi üçün satışa buraxılan kimyəvi məhsulun istifadəçilərdə xərçəngə səbəb olmasıdır.

Belə ki, amerikalı cütlük Alberta Pilliod və həyat yoldaşı 9 ildir xərçənglə mübarizə aparır. Həyatlarını bir gündə ömürlük dəyişən səbəb isə tarlaları üçün aldıqları dərman olub. Belə ki, cütlük  illər əvvəl tarlaları üçün dərman vasitəsi alıb. Lakin özləri xərçəngə düçar olub.

İllərdir davam edən məhkəmə prosesində  ortaya çıxarılıb ki, satışa buraxılan məhsul qeyri-hoçkin limfomalarına səbəb olur.

Qeyri-Hoçkin limfomaları (QHL) limfa sisteminin müxtəlif cinsli bədxassəli şişlər qrupudur.

Müxtəlif cinslilik (30-dan yuxarı növ) immun sisteminin tərkibinə daxil olan limfa sisteminin funksiyalarından irəli gəlir.

 

Akif Nəsirli

Xəbər Lenti

| Azərbaycanın xarici dövlət borcu açıqlandı

| Fransa və Əlcəzair Azərbaycana yeni səfir təyin etdi

| Bakıda ağır qəza: bir ölü, iki yaralı

| Lerikdə dörd məktəb binası tikilir - VİDEO

| Mərdəkanda avtomobil körpüdən aşdı: yaralılar var, biri uşaqdır

| Taxta bazarındakı yanğından geriyə qalanlar - FOTO/VİDEO

| Bakıda ərəblərin şam işığında romantik görüşü yanğınla bitdi

| "Liverpul" Premyer Liqa tarixində ən bahalı saziş bağlamağa hazırlaşır

| Azyaşlı qonşusuna qarşı seksual xarakterli hərəkət etdi, 10 il iş aldı

| Şamaxı Rəsədxanası: ulduzların rəqsi, Süd Yoluna baxış - FOTOREPORTAJ

| "Premium Bank” dünyanın ən böyük banklarından birinin tərəfdaşı oldu

| "Premium Bank” dünyanın ən böyük banklarından birinin tərəfdaşı oldu

| Şamaxıda yolu keçən 13 yaşlı oğlanı maşın vurdu

| FHN: Bu il Azərbaycanda çox isti hava olmayıb

| Kişi 30 il beyində qurd gəzdirib

| Nazirlik sosial yardıma görə rüşvət istənilməsi barədə iddialara aydınlıq gətirdi

| Sabah zəif duman olacaq

| Ekoloq: Xəzərdə suyun azalması iqtisadi proseslərlə bağlıdır

| Paşinyanı etiraz aksiyası ilə qarşıladılar

| Futbolçumuz Küveyt klubuna transfer oldu - FOTO

| "Range Rover" işıq dirəyinə çırpıldı - VİDEO

| Nitq və danışıq bacarığının karyera üçün əhəmiyyəti

| Balıq tutmaq istəyərkən göldə boğuldu

| Hacıqabuldakı qəzada yaralanan səkkiz nəfərin vəziyyəti açıqlanıb

| Bulvarda özünü dənizə atan oğlanı xilas etdilər

| Bakıda pişik balası uşağın ölümünə səbəb oldu

| Erməni hərbçiləri daşıyan maşın aşdı: 11 yaralı

| Yol polisi atmosferi çirkləndirən avtomobillərə qarşı reyd keçirib - FOTO

| Bərdədə üç əsrlik hamam: kişilər ön, qadınlar isə arxa hissədən girirdilər - FOTO

| Yasamalda 1200-dən çox qəbir nömrələnib - ÖZƏL

| İki ağızlı balıq tutuldu

| Abituriyentlərə müraciət: Vaxtında qeydiyyatdan keçməsəniz, imtina kimi qiymətləndiriləcək

| Azərbaycanda oğurlanan avtomobillər: aralarında "Porsche"lər də var

| Boris Conson Makronla görüşdə ayağını stola qoydu, birmənalı qarşılanmadı - VİDEO

| Taxta bazarındakı yanğında zərərçəkənlər evə buraxıldı

| Ev sahiblərinin əl-qolunu bağlayıb qızılları oğurlayan dəstə üzvləri tutuldu

| Havay təyyarəsi havada tüstüləndi: xəsarət alanlar var

| Şəhərsalma qaydaları ilə bağlı qərara dəyişikliklər edildi

| Elektrik qatarlarından istifadə edənlərin nəzərinə

| Bir sıra rayonlarda qaz sızmaları aşkarlanıb - Məhdudiyyət olacaq

| Seksoloq: Nə qadın, nə kişi xəyanət edir, bu, sadəcə, vərdişdir - MÜSAHİBƏ

| Hacıqabulda yol qəzası: yaralananlar var

| BƏƏ qoşunları Yəmənin iri şəhərini tutmaq istədi

| “Titanik” Atlantikanın dibində ciddi dağıntılara məruz qalıb – VİDEO

| “Patriot” raket komplekslərinin Türkiyəyə satışına aydınlıq gətirildi

| Bakıda “Mercedes” beton arakəsməyə çırpıldı, sürücüsü xəstəxanalıq oldu - FOTO

| Polşada tufan və ildırımlar 4 nəfərin həyatına son qoydu

| “Greenpeace” və “WWF” G7 sammitini boykot etdi

| Bakıda “Hyundai” çay evinə çırpıldı - FOTO

| Dağıstanda məmur pensiyaya görə özünü 34 il “qocaltdı”

| Ramanada dayı və bacıoğlu döyüldü

| Trampı dəstəkləyən gözəlin tacını əlindən aldılar

| Bakıda Göyçay sakinini bıçaqladılar

| İsrail hərbçiləri səhvən öz təyyarələrini vurdular

| Bakıda 2 avtomobil toqquşdu, 1 nəfər yaralandı

| Sabirabadda velosipedçini minik avtomobili vurdu

| Ağstafada avtomobil qəzası: 84 yaşlı qadın yaralandı

| "Linfild" - "Qarabağ" oyununun start heyətləri açıqlandı

| Coratda batan şəxsi xilas etdilər

| XİN: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz

| Ağsuda dağlıq ərazidə yanğın baş verdi - FOTO/VİDEO

| "Minsk-2019"da Azərbaycanın bayraqdarı: Zəngilana getsəm, öz evimizi tapa bilərəm - MÜSAHİBƏ

| Bu İran filmi "Oskar"a təqdim olunacaq

| "Minsk-2019"da Azərbaycanın bayraqdarı: Zəngilana getsəm, öz evimizi tapa bilərəm - MÜSAHİBƏ

| Moskvanın Böyük Teatrında azərbaycanlıların iştirakı ilə opera oynanılacaq

| ABŞ və Avropada qaçqın statusu almaq çətinləşəcək

| Göygöldə yanğın: üç nəfər zəhərləndi

| "Neftçi" azarkeşlərindən dəstək istədi

| Nazir müavini taxta bazarındakı yanğınla bağlı açıqlama verdi

| Açıq şəraitdə satılan qidalar alarkən diqqətli olun

| Taxta bazarındakı yanğında FHN əməkdaşları zəhərləndi - VİDEO

| Uşaq və qadınlara qarşı əxlaqsız hərəkətlər edən şəxsin məhkəməsi başlayır

| Şamaxıda da yanğın başlayıb: əraziyə helikopter cəlb edilib

| Nazir müavini: Taxta bazarındakı yanğın tam nəzarətə götürülüb

| Anasını telefon almadığı üçün öldürən gəncə ağır cəza verildi

| Anasının zəncirləndiyi azyaşlı uşaq evinə yerləşdirildi - RƏSMİ

| Qusarda palçıq axını çaya qarışdı: İçməli suda fasilələr yarandı - VİDEO

| Beş uşağın da olduğu ailə məzarlıqda yaşayır: Ölən adamın yorğan-döşəyində yatırıq - VİDEO

| ABŞ ordusu Vyetnam müharibəsi haqqında kitab üçün müəllif axtarır

| Ermənilərdən növbəti təxribat - XİN BMT-yə etiraz etdi

| Azərbaycanda 230 min manata yaxta satılır - FOTO

| "Titanik"in indiki vəziyyəti: yeni görüntülər yayıldı - VİDEO

| Bakıda taxta bazarı yanır

| Azərbaycanda 22 və 23 yaşlı valideynlər beş uşağı atıb

| Quşlar təyyarələr üçün ən böyük təhlükə mənbəyidir - ARAŞDIRMA

| FHN yeni tikilən 133 binaya "hə" dedi

| Həkim Fərman Ceyranlının şikayəti təmin edilmədi

| Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır