Qumbara şagirdlərin əlində partladı - 6 ölü, 25 yaralı



 

Tanzaniyanın Kaqera bölgəsindəki məktəblərdən birində şagirdlər qumbara ilə oynayarkən partlayış baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 şagird ölüb, 25-i yaralanıb.

Onların qumbaranı hardan tapdığı məlum deyil. Bölgənin silah ticarətçiləri üçün tranzit yer olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.