Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Təhsil kreditləri: İş adamları, bank sektoru niyə tərəddüd edir?

  23

Təhsil kreditləri məsələsi artıq neçə illərdir ki, gündəmdən düşmür.

Bu yöndə millət vəkilləri Vahid Əhmədovla Əli Məsimli tərəfindən “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlansa, hətta Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında ilkin müzakirələr keçirilsə, qanun layihəsi bir neçə dəfə parlamentin qanunvericilik işləri planına daxil edilsə, parlamentin Elm və təhsil komitəsi tərəfindən əvvəlcə tələbə kreditləri, sonra isə təhsil kreditləri adı altında ayrıca qanunvericilik sənədinin hazırlıqlarına başlanılsa da, bu məsələnin həlli düyünə düşüb.

Cəmiyyətin böyük bir kəsiminin, övladları dövlət ali təhsil məktəblərinin ödənişli təhsil ixtisaslarında oxuyan ailələrin səbirsizliklə gözlədiyi qanun layihəsinin müzakirələrə çıxarılması və qəbulu mümkün olmur.

Düzdür, 2019-cu ilin büdcə müzakirələri zamanı 2019-2020-ci tədris ilindən pullu qəbul planınında dəyişikliklər ediləcəyini, pulsuz, ödənişsiz yerlərin sayının artırılacağı bildirilsə də, bu, adıçəkilən məsələnin həlli baxımından ciddi effekt doğurmadı.

Ailələr, valideynlər hələ də bu məsələnin birdəfəlik çözümünü gözləyirlər. O cümlədən, millət vəkilləri bu məsələnin kökündən həll olunması üçün ödənişsiz yerlərin sayının artırılmasında, həm də təhsil kreditləri məsələsinin həllində israrlıdırlar.

Bununla bağlı Oxu.Az-a açıqlamasında akademik, MM-in Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli adıçəkilən qanun layihəsinin müzakirəsində və qəbulunda maraqlı olduqlarını, bu məsələni daim gündəmdə saxladıqlarını bildirib.

Əlavə edib ki, gec-tez belə bir qanun layihəsinin qəbulu baş tutacaq və bu, həm vətəndaşların maraqlarına cavab, həm də ölkə təhsilinin inkişafına müsbət töhfəsini verəcək.

“Qeyd edim ki, təhsil kreditləri məsələsi ilə bağlı həm Elm və təhsil komitəsində hazırlıq işləri aparılır, qanun layihəsinin müəyyən fraqmentləri - müddəaları hazırlanıb, həm də parlamentin digər komitələrində bu işə maraq göstərən millət vəkili həmkarlarımız var.

Onların da alternativ layihələri var. Amma bu məsələ maliyyə, ilkin kapital qoyuluşu tələb edən məsələdir. Bu məsələyə maliyyə-bank sektoru, ya da özəl sektorun nümayəndələri, sahibkarlar, iş adamları ilkin kapital qoyuluşunu təmin etməlidirlər.

Hələlik Azərbaycanda “Maarifçi” Tələbə Kredit Fondu 14 ali məktəbin məhdud imkanları çərçivəsində əldə etdiyi maliyyə vəsaitləri hesabına tələbələrə kredit verir. Bu isə çox geniş miqyası əhatə etmək imkanına malik deyil.

Bu məsələnin bütövlükdə həll etmək üçün mütləq maliyyə yatırmaq, ilkin kapital qoyuluşu etmək lazımdır. Bununla bağlı bir neçə dəfə mətbuatda, kütləvi informasiya vasitələrində danışarkən ölkənin maliyyə-bank sektoruna, özəl sektora çağırışlar etmişik ki, bu işdə onların da köməyinə ehtiyac var.

Onlar bu məsələyə maliyyə yatırımı qoyub, həmin vəsaiti də bir neçə ildən sonra müəyyən faizlərlə geri ala biləcəklər. Çox da olmasa, onlar üçün bir qazanc yeri var, olacaq. Heç bir halda burada itirilmiş vəsaitdən söhbət gedə bilməz.

Sadəcə, bir məsələ var ki, maliyyə vəsaiti ayrıldıqdan, ilkin kapital qoyuluşu həyata keçirildikdən sonra gəlir əldə etmək, qoyulmuş vəsaiti geri almaq bir neçə il çəkəcək, vaxt aparacaq. Çünki tələbə ali məktəbi qurtarmalıdır, oğlan tələbələrin hərbi xidmət məsələsi var. Həmçinin, onlar iş yerləri ilə təmin olunmalı, işləməli, pul əldə etməli və bundan sonra həmin kreditləri ödəməlidirlər.

Ona görə özəl sektorun, maliyyə-bank sektorunun nümayəndələri buna o qədər də meyil göstərmirlər. Biz də maliyyə, kapital qoyuluşu ilə bağlı məsələni həll edə, tərəfdaş tapa bilmədiyimiz üçün “Təhsil kreditləri haqqında” qanun layihəsini aktivləşdirə bilmirik.

Biz gözləyirik ki, bu məsələyə ilkin maliyyə, kapital qoyuluşu ilə bağlı özəl sektordan təşəbbüslər gəlsin. Onlardan bu təşəbbüslər gəlsə və yaxud banklar tərəfindən addımlar atılsa, qanun layihəsini qısa müddətdə formalaşdıra, yekunlaşdıra bilərik. Çünki qanun layihəsinin bir çox müddəaları artıq hazırdır.

Dünya təcrübəsini öyrənmişik, ölkə reallığını bilirik, dediyim kimi, sadəcə, problem maliyyə vəsaiti ilə bağlıdır. Ancaq düşünürük ki, bizim bu istiqamətdəki çağırışlarımız nəticə verəcək, özəl sektor və ya maliyyə-bank sektoru tərəfindən bu işə yaşıl işıq yandırılacaq. Bununla belə, bütün hallarda belə bir qanun layihəsinin müzakirələrə çıxarılması və qəbulu mütləq baş tutacaq”, - deyə komitə sədri əlavə edib.

Kamil HƏMZƏOĞLU

Xəbər Lenti

| “Prada” təbii həzdən imtina etdi

| Cənubi Karolinada 28 may 2019-cu il – “Azərbaycan günü” elan edilib

| Moskva Univermağının yanında 22 yaşlı gənc bıçaqlanıb

| Rəfiqəsi Maradonadan 6,3 milyon dollar tələb edir

| “O olmasın, bu olsun” 60-ci dəfə Musiqili Teatr səhnəsində - FOTO

| Tramp Yaponiyada sumo yarışmasını izləyəcək

| Bakıda tuneldə 2 yük maşını toqquşub

| Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı bina yanıb

| Bakıda I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi keçirilir

| Alimlər solaxaylığın səbəblərini açıqlayıblar

| Heydər Əliyev Mərkəzində rəssam Zurab Seretelinin sərgisi açılıb - FOTO

| Astarada “avtoş”luq edən gənc saxlanılıb - FOTO

| Maduro hərbçilərə ABŞ-a qarşı hücuma hazır olmaq əmri verdi

| Ramazan ayının on səkkizinci gününün – DUASI VƏ TƏQVİMİ

| Əməkdar artist vəfat etdi - FOTO

| Bakıda keçiriləcək finalın açılış mərasimində məşhur müğənni oxuyacaq

| UEFA İcraiyyə Komitəsi Bakıda vacib qərarlar qəbul edəcək

| Ayağı yoxdur, amma “jim” üzrə rekord vurub - Zakın ümid dolu həyatı

| Ayağı yoxdur, amma “jim” üzrə rekord vurub - Zakın ümid dolu həyatı

|

Qədr gecəsində qəbir gecəsi üçün
ibadət edənə müjdələr olsun

| Mesut Özil: Azərbaycanlı qardaşlarım, Bakıda görüşənədək!

|

Bakıda eston təcrübəsi
mümkündürmü?

| DİN əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq

| I və IV ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanlarının nəticələri açıqlanıb

| XX əsrin maqnatları indiki milyarderlərdən zəngin olub

| Bakıda eyni mənzili bir neçə nəfərə satan şirkət rəhbərlərinə hökm oxundu

| Qədim hindularda müasir texnologiyalar aşkarlandı

| Həmid Həmidov: Slavyankadakı bulaqları xilas etmək lazımdır - VİDEO

| Azərbaycanda tarixi körpü bərpa olunur - FOTO

| ABŞ-ın Azərbaycandakı keçmiş səfiri: Bakı təhlükəsiz şəhərdir

| Bakıda uşaq bezləri, mürəbbələr və bahalı itlər oğurlandı

| Ərdoğan İlham Əliyevi təbrik etdi

| Sağlam məktəb direktoru özünə saxta əlillik dərəcəsi alıbmış

| Adamyeyənlərin arasında olan azərbaycanlı indi də Everesti fəth edir - FOTO

|

Qadınlara qarşı zoraklığa yox deyək!

| Leyla Əliyeva Şahdağ Milli Parkında zubrlara baxdı - FOTO

| “Sədərək”də oğru pulla dolu torbanı götürüb qaçdı - VİDEO

| İlham Əliyev və xanımı Mərkəzi Parkın açılışında

| Bu avtomobillərin istismarı məhdudlaşdırılır

| Bakıda BMT-nin forumu keçiriləcək

| “Diqlas”ı sökməyə başladılar - FOTO

| Makqreqor və Nurməhəmmədov arasında revanş döyüşü ola bilər

| Meymun 10 nəfəri dişlədi, biri öldü - Polis “qatil”i saxlayıb

| Bakının havası ən çirkli rayonları açıqlandı - SİYAHI

| Özünü polis kimi təqdim edən dələduz ələ keçdi

| Azərbaycana bizonlar gətirildi

| Nazirliyin səkkiz əməkdaşı işdən çıxarıldı - Cinayət işi açıldı

| Asim Mollazadə: Azərbaycanın yarışlara ev sahibliyi etməsi onları qıcıqlandırır

| Bakı daha bir mötəbər yarış ərəfəsində - FOTO

| Türkiyə ABŞ mallarına rüsumu azaltdı

| Bakıda pedofil saxlanıldı - 10 yaşlı oğlanı zorlayıb

| Terrorçuluğa qarşı mübarizə ilə bağlı qanun dəyişdirilir

| Azərbaycanda 143 miqrant saxlanıldı - VİDEO

| Cahil kütləni qafiyə ilə söysən, xoşuna gələcək - Meyxana söhbətinin davamı

| Deputat: Son sözü Azərbaycan əsgəri deyəcək

| Ölmüş vəziyyətdə kəsilən heyvan cəmdəyi aşkarlandı - FOTO

| 14 tibb bacısı eyni vaxtda hamilə qaldı

| Banklar gücləndirilmiş rejimdə çalışacaqlar

| Bakıda 27 dərəcə isti olacaq

| Çin aviaşirkətləri “Boeing”dən təzminat istəyir

| Gəzintiyə getməyi təklif edən müəllimi vəhşicəsinə döydülər

| Azərbaycanla Gürcüstan “Keşikçidağ”ı müzakirə edəcək

| Politoloq: Azərbaycan Ermənistanın daxili zəifliyindən istifadə etməyəcək

| Türkiyənin daha bir peşəkar ürək cərrahı “Ege Hospital”da

| Politoloq: Azərbaycan Ermənistanın daxili zəifliyindən istifadə etməyəcək

| Komitədən ciddi ittiham: Qadınlara qarşı zorakılıq statistikası saxtalaşdırılır

| Bakıda gənc onuncu mərtəbədən yerə düşdü - Atıldığı iddia olunur

| Braziliyalı kilsədə üç nəfəri güllələdi

| Bakı məktəblərinə tapşırıq verildi

| Azərbaycan nə qədər “təhlükəlidir”? - 24 il burada işləyən ingilisin təəssüratı

| Nazirlik rəsmisi: Oyunun siyasiləşdirilməsinə icazə vermək olmaz

|

Növbədənkənar iclasların vaxtı dəqiqləşdi

| Türkiyənin daha bir peşəkar kardioloqu “Ege Hospital”da

| ABŞ Türkiyəyə vaxt verdi - Milyardlıq müqaviləni ləğv etməlidir

| Homoseksualları niyə qorumalıyıq?

| Monitorinq olacaq

| Novruz Məmmədovdan Təhsil naziri ilə bağlı - QƏRAR

| İndoneziyada qanlı toqquşmalar: altı ölü, 200 yaralı - VİDEO

| Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul şərtləri açıqlandı

| Zelenski Moskvaya qarşı “qamçı və kökə” siyasəti yürüdəcək

| Gələcəyin uçan taksisi belə olacaq – VİDEO

| Kasilyasın ailəsində yeni bədbəxt hadisə

| Müsəlman qadını İngiltərədə Buker mükafatına layiq görülüb