Aralıq dənizində qayıq batdı - 34 ölü, 42 itkin



 

Aralıq dənizində miqrantları daşıyan rezin qayıq batıb.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı qayıqda 140 nəfər olub.

Onlardan 34-nün cəsədi tapılıb, 64 nəfər isə xilas edilib. Xilas edilənlər İtaliyanın Salerno şəhərinə aparılıb. Hazırda 42 nəfər itkindir.

Məlumata görə, ölənlərdən 26-sı nigeriyalı qadınlardır.