Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Onlar dünyanı gəzib, küçələrə səs salır - Röya və Rizvanla MÜSAHİBƏ

  57

Onlar “Street Cover” layihəsi ilə dünyanı gəzib Azərbaycan musiqilərini ifa edir, “1990-2000”lərin ən seçmələri” layihəsi ilə insanların marağına səbəb olurlar. 

Oxu.Az-ın əməkdaşı Röya Miriyeva və Rizvan Əliyev cütlüyü ilə söhbətləşib:

- Neçə yaşınızdan musiqi ilə məşğulsunuz?

Rizvan: Musiqi ilə uşaq yaşlarımızdan məşğuluq. 2011-ci ildən müxtəlif məkanlarda canlı musiqilərlə çıxış edirik. Məktəbli vaxtlarımda musiqi məktəbinə də getmişəm.

Röya: 14 yaşımda fərdi olaraq gitara və vokalla məşğul olmağa başladım. O ərəfələrdə canlı musiqilər ifa etdik.

- İşinizin çətin və sevdiyiniz tərəfləri nələrdir?

Röya: Hər ikisi qarşı tərəfdən – dinləyicidən asılıdır. Dinləyicilərdən yaxşı “feedback”, aura almasaq, dinləyici bizi anlamasa, yaxud biz hansısa enerjini dinləyiciyə ötürə bilməsək, ruh düşkünlüyü, emosional çətinlik yaşanır.

Xəstə olduğum vaxtlar ciddi problemlər yaşamışam, canlı musiqini yarımçıq qoymuşam. İşin özünü sevirik, enerjimizi çıxarmağa kömək edir. Dinləyici bizlə eyni aurada, eyni musiqi zövqündə olanda hər şey mükəmməl olur.

- “Street cover” layihənizdən əvvəl kafelərdən, ondan da əvvəl “Palmas” qrupundan tanınırdınız. Hər şey haradan başlayıb?

Rizvan: Hər şey 2011-ci ildə Fəvvarələr meydanındakı kiçik məkanda – kafedə başlayıb. Mən 2012-ci ildə, Röya 2014-cü ildə “Palmas” qrupuna qoşulduq.

- Azərbaycanda və xarici ölkələrdə ifalar etmisiniz. Hər ikisində musiqiyə marağın necə olduğunu müşahidə etmisiniz?

Röya: Azərbaycan xalqı çox musiqi duyumludur. Əhalinin 90 faizində musiqi sevgisi, ritm anlayışı var. Başqa ölkələrdə, xüsusən ABŞ-da insanlar hər şeylə maraqlanırlar, dilimiz, Rizvanın tarla ifa etməsi onlara maraqlı gəlir.

Azərbaycanda da insanlar canlı musiqi eşidəndə reaksiya verirlər, dinləmək istəyirlər.

- Xarici ölkələrdə başınıza gələn maraqlı hadisələr nələrdir?

Röya: Məsələn, ən sonuncu səyahətimizdə Mərakeşdə yol göstərmək adı ilə bizdən pul aldılar, soyulduq. Nə qədər versək də, qane olmurdular.

- İlham mənbəyiniz nələr və ya kimlərdir?

Rizvan: Keçmiş müğənnilərin 90 faizindən ilhamlanırıq. İstər Akif İslamzadə, Rəşid Behbudov, istərsə də bəstəkarlardan Emin Sabitoğlu, Elza İbrahimova... Onların mahnılarını ifa edəndə həzz alırıq, bizə stimuldurlar.

Röya: Nisbətən yeni nəsildən Aygün Kazımovadan ilham alıram. Ulduz anlayışı mənim üçün odur. Və digər bütün korifeylər... Ümumi olaraq isə gəzintilərimiz, səyahətlərimiz bizə ilham verir.

- Sizcə, Azərbaycanda musiqi sahəsi nə vəziyyətdədir?

Röya: Nəinki Azərbaycanda, dünyada musiqi sahəsində axsaqlıq var, musiqi bayağılaşıb, ucuzlaşıb. Köhnə mahnıları həmişə yeni imiş kimi dinləyirik. Amma indi dünyada mahnılar bir-iki sezonluq çıxır, tez unudulurlar, bir il sonra heç yerdə səslənmir, insan qulaq asmaq istəmir. Uzun müddət dildən düşməyən, dinləyə biləcəyimiz mahnılar yoxdur, çöküş var.

Rizvan: Səbəbi təklifin az olmasında görürəm. Dörd tərəfdən bayağı musiqi təqdim olunursa, məcbur qalıb dinləyirlər. Heç olmasa iki tərəfdən keyfiyyətli musiqi eşidilsə, insan seçim qarşısında qalacaq və zövqü formalaşacaq.

- Çıxışlardan əvvəl həyəcanlanırsınız?

Röya: Həyəcan, demək olar ki, olmur. Gündəlik olaraq canlı çıxışlar etməyimiz bunun öhdəsindən gəlməyə kömək edir. Böyük auditoriya qarşısına çıxanda həyəcan olur, amma o, oxuyana qədərdir. Gözünü yumub oxuyanda həyəcan keçib gedir.

- Musiqi ilə məşğul olmağa yeni başlayanlara nə kimi tövsiyələriniz var?

Rizvan: Zövqlü musiqilər dinləsinlər. İstər vokalist, istərsə də gitarist, pianistlər özlərini təkmilləşdirsinlər. “Bu, milyonlarla baxış qazanacaq” deyib onu etməsinlər.

Röya: Məncə, daha geniş, başqa rakurslardan baxmalıyıq. Ancaq Azərbaycan olaraq düşünməməliyik. Özümüzə qıraqdan – amerikalı, italyan, fars, ərəb kimi baxmalıyıq ki, necə görünür, necə təsir bağışlayır. Başqa ölkələrin musiqilərini dinləyib musiqimizə nələrsə qatmaq lazımdır.

- Gələcək üçün planlarınız nələrdir?

Rizvan: Bakıda və bölgələrdə müntəzəm olaraq konsertlər keçirmək. Ən böyük arzularımızdan biri odur ki, musiqiçilər həftəlik iş və korporativlə yox, konsertlə qazansınlar.

Röya: Konsert ifaçısı olmaq və bütün dünyanı gəzmək.

Nəzrin Həsənova

Xəbər Lenti

| Timoşenkodan Zelenskiyə birləşmək təklifi

| Məhəmməd Zərif: ABŞ odla oynayır

| Gürcüstan XİN: Keşikçidağda baş verən insident Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə uyğun deyil

| Qazaxstanda latın əlifbasına keçid daha 10 il uzana bilər

| Türkiyəyə qarşı sanksiyalar tətbiq olunacaq

| Bir milyondan artıq amerikalı məşhur “51-ci bölgə”yə hücum etmək niyyətindədir

| Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verildi

| ABŞ-da Olimpiya çempionunu maşın vurub, öldürdü

| Faşistləri “çökdürən” ingilis homoseksual dahinin fotosu pulun üzərinə vurulacaq

| Faşistləri “çökdürən” ingilis homoseksual dahinin fotosu pulun üzərinə vurulacaq

| Bu sıyıq xərçəng xəstəliyinə səbəb ola bilər - XƏBƏRDARLIQ

| “Neftçi” hücumçusu ilə vidalaşdı

| Alimlərdən insanlara çağırış: qarışqa, cırcırama yeyin

| ABŞ-da Olimpiya çempionunu maşın vurub öldürdü

| Timsahla döyüşüb köpəyini xilas etdi

| Tramp irqçi qalmaqala səbəb oldu: Bizə ağıl verməyin!

| Rusiya - Ermənistan birgə təlimləri nəyə xidmət edir? - Ekspert rəyi

| Şəki Xan Sarayında yaralananlardan biri vəfat etdi

| Ağstafada “Mercedes” divara çırpıldı: bir ölü, iki yaralı

| Xeyriyyəçilər heç vaxt asfaltı olmayan kəndə yol çəkdirdilər - VİDEO

| Gürcüstan Sərhəd Polisindən “Keşikçidağ”la bağlı açıqlama

| Ağdamda VAZ-la LADA toqquşdu - Yaralılar var

| Mey yenə oynadı - VİDEO

| Nazir müavini: Müəllimlər arasında öz ixtisas fənlərini yaxşı bilməyənlər var

| Xəzərdə zəlzələ olub

| “Elit” yanır

| Saakaşviliyə Baş nazir postu təklif edildi - VİDEO

|

Gömrükdən qayıdan yararsız məhsulların sonrakı taleyi...

 

|

Tarif Şurasının Absurdları

|

Acı dadan şirin nemət...

| Yunanıstan Rusiyanın sirrini İsrailə satdı

| Polis Azərbaycan Xalq Hərəkatının qərargahına basqın edib? - RƏSMİ

| “Qarabağ” belçikalı futbolçu transfer etdi

|

İlham Əliyev Bakının memarını təltif etdi

| Fərid Novruzi ilə 180 gün dünya ətrafında - FOTO

| Rəsmi Bakını Latın Amerikası ölkələri ilə nə bağlayır? - Poluxovdan açıqlama

| Gürcüstan səfiri XİN-ə çağırıldı - “Keşikçidağ”a görə

| Vilayət Eyvazov 41 gəncə vəzifə verdi - Püşkatma yolu ilə

| Azərbaycanda doğulmuş 11 nəfər Ukraynada deputatlığa iddialıdır - Namizəd oldular

| “Keçikçidağ”da baş verən insidentlə bağlı - RƏSMİ AÇIQLAMA

| Gənclər Şahdağa toplaşdı - FOTO

| Rusiyada İŞİD-çilər ələ keçdi: terrorun qarşısı son anda alındı - VİDEO

| “Sədərək”də “böyük təmizlik” - Saxlanılanlar var

| Azərbaycan iqtisadiyyatı 2,4 faiz artıb

| Almatı işıqsız qaldı, həyat iflic oldu

| Son həftədə dörd intihar: ikisi psixiatriya xəstəxanasında, biri xərçəngdən

| Ermənilər “Köçəri” oynadı, azərbaycanlılarla qarşıdurma yarandı - VİDEO

| Britaniyada özünü yaxşı aparan dustaqlara jest ediləcək

| Deyirik ki, mobil bankinqə keç, banka gəlmə - MÜSAHİBƏ

| Nepalda daşqın və sürüşmələr: onlarla ölü - FOTO

| Qubada kütləvi zəhərlənmə - Səbəbi dəqiq bilinmir

|

Gürcüstandan “Keşikçidağ”dakı insidentlə bağlı bəyanat: İmkan verin, işimizi görək

| “Bakı Metropoliteni” qatarda siqaret çəkən kişini axtarır - VİDEO

| Şimşək çaxacaq, dolu düşəcək

| Azərbaycanda deputatın “Porsche”si ilə qəza törədən şəxs yenidən məhkəmədə

| Qarabağda yeni arxeoloji abidələr aşkarlandı

| Qazaxda maşın azyaşlını vurub öldürdü

| Bakıdakı mötəbər yarışda 132 qızıl medal sahibini tapacaq

| Azərbaycanlı Rusiyada miqrasiya qanununu pozdu - Müəmmalı şəkildə öldü

| Oğuzda iki avtomobil toqquşdu: xəsarət alanlar var

| “Ded Xasan”ın nəvəsi tutuldu - VİDEO

| “LG DUALCOOL Inverter“ kondisionerləri: 70 faizədək enerji qənaəti

| “MilliÖn” yeni pulları niyə “tanımır”? - AÇIQLAMA

| Universiada başa çatdı - 2017-ci ilin nəticələri ilə müqayisə

| Qazaxıstanda azərbaycanlı futbol meydançasında ağır yaralanıb öldü

| “Wolt” yemək sifarişi xidməti Bakıda fəaliyyətə başlayır

| Ağcabədidə “Mercedes” yandı - VİDEO

| Saqqalları başlarından bahadır, tatulu dəriləri isə heç beş qəpiyə dəymir

| Rusiyalı analitik: SOCAR iş dünyasında Azərbaycanla əlaqələndirilir

| Azərbaycanda zəlzələ olub

| Azərbaycan üçün uğursuz hakim “Qarabağ”ın oyununa təyin olundu

| Zelenskinin korteji yol qəzasına düşdü - FOTO/VİDEO

| Gədəbəydə zəncirvari qəza: yaralılar var - VİDEO

| Göygöldə kişi sirkə turşusundan zəhərlənib

| Hemillton “Formaula-1”də 80-ci qələbəsini qazandı

| Rusiya bankı Aqanbekyanı məhkəməyə verdi