“Soyuq əllər, isti ürək” başlayır



 

Dekabrın 1-dən 2018-ci il yanvarın 15-dək “Nargis Fund” Fəvvarələr meydanında “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası keçiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına təkcə paytaxtımızın sakinləri deyil, dünyanın müxtəlif guşələrindən Bakıya gələn qonaqlar da böyük maraq göstərirlər.  Artıq 5-ci il keçirilən xeyriyyə yarmarkasından toplanan vəsait ənənəyə uyğun olaraq, xeyriyyə işlərinə sərf olunacaq. 

“Nargis Fund” yarmarkanın sponsorları ilə birgə müalicə və əməliyyata ehtiyacı olan uşaqlara, eləcə də aztəminatlı ailələrə yardım göstərəcək. Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin sakinlərini məşhur insanlarla görüş, sevimli ifaçıların çıxışı, sponsorlardan ənənəvi suvenirlər, şirniyyatlar və hədiyyələr gözləyir.

Xeyriyyə yarmarkası Fəvvarələr meydanında qurulmuş kiçik taxta evciklərdən təşkil olunacaq.