Səudiyyədə oteldə atışma, şahzadələrdən biri öldürülüb



 

Səudiyyə Ərəbistanında daha bir şahzadənin ölüm xəbəri yayılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 11 şahzadə ilə 4 nazirin də daxil olduğu bir qrup şübhəlinin saxlanıldığı oteldə şahzadələrdən birinin öldüyü deyilir. 

Ətraf mühitlə əlaqələri tamamilə məhdudlaşdırılan şahzadələrdən biri kral Fahdın oğlu Əbdüləziz bin Fahdın duruma etiraz etdiyi, baş verən atışmada öldürüldüyü iddia edilir. 

Bəzi mənbələr isə şahzadənin oteldə infarktdan öldüyünü deyir.