Türkiyənin bələdiyyə başqanları Cocuq Mərcanlıya səfər edib

 



 

Türkiyənin 13 şəhər və rayon bələdiyyəsinin rəhbərləriCəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Türkiyə nümayəndə heyəti öncə Füzulirayonunun Horadiz qəsəbəsində 2015-ci ilin aprel döyüşlərində şəhid olanların xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.

 

Daha sonra bələdiyyə başqanları Çocuq Mərcanlı kənd orta məktəbində olub, məktəblilərlə görüşüblər. Məktəblilərə hədiyyələr təqdim olunub.

 

Səfər çərçivəsində keçirilən görüşdə Türkiyənin Adana vilayətinin Qara İsalı bələdiyyəsi ilə Cocuq Mərcanlı bələdiyyəsi arasında protokol imzalanıb.