Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

İlham Əliyev: Qlobal Bakı Forumunun dünya xəritəsində nadir yeri var

  12

“Xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir. O, bizim milli maraqlarımıza əsaslanır”.

AZƏRTAC-ın məlumatına görə, bunu Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, bu gün Qlobal Bakı Forumu qlobal gündəlikdə duran aktual məsələlərlə məşğul olan ən mühüm beynəlxalq platformalardan biridir:

“Əvvəlki forumların mövzuları qlobal məsələlərin bugünkü gündəliyini əks etdirir. Düşünürəm ki, bu, xarici siyasətlə bağlı məsələlərlə, - bu, yeni xarici siyasət adlandırılır, – məşğul olmaq üçün çox yaxşı seçimdir. Çünki son forumdan bəri, xüsusilə ölkələr arasında münasibətlərdə, dünyada təhlükəsizlik və proqnozlaşdırıla bilmə ilə bağlı məsələlərdə çox şey dəyişib. Mən çox şadam ki, forumun çoxsaylı iştirakçısı var. Forumda 55 ölkədən 500-dən çox nümayəndə iştirak edir. Qonaqlarımızın arasında 5 hazırkı prezident, 1 hazırkı baş nazir, 2 baş nazirin müavini və 42 sabiq dövlət və hökumət başçısı, görkəmli siyasətçilər, vətəndaş cəmiyyətinin təmsilçiləri, jurnalistlər, alimlər, gənc liderlər var”.

Prezident İlham Əliyev deyib ki, bu gün bu zalda böyük intellektual potensial var, bu da, əslində, Forumun əhəmiyyətini əks etdirir:

“Qlobal gündəlikdə çox sayda beynəlxalq tədbir, konfrans var. Lakin keyfiyyət iştirakçıların siyahısına, onların təcrübəsinə və intellektual potensialına görə ölçülür. Bu səbəbdən, mən düşünürəm ki, Qlobal Bakı Forumunun dünya xəritəsində nadir yeri var. Əminəm ki, qarşıdakı günlərdə müzakirə olunacaq məsələlər beynəlxalq münasibətlərin gələcəyi, dünyanın gələcəyi ilə bağlı qərar verənlərin diqqətini cəlb edəcək.

Azərbaycanın xarici siyasəti barədə danışarkən, mən deyərdim ki, o, çox dəyişməyib. Biz Azərbaycanın yeni xarici siyasəti barədə danışa bilmərik. Lakin sözsüz ki, regionda, dünyada vəziyyət dəyişir və biz xarici siyasət təşəbbüslərimizi dəyişən dünyaya uyğunlaşdırırıq. Lakin bizim xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir. O, bizim milli maraqlarımıza əsaslanır. Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərdən biridir. Ona görə də Azərbaycan sonuncu Forumdan bəri xarici siyasət istiqamətləri ilə bağlı təşəbbüslərini davam etdirib. Düşünürəm ki, biz ənənəvi tərəfdaşlarımızla əlaqələrimizi gücləndirməyə, yeni dostlar qazanmağa, yeni körpülər tikməyə müvəffəq olmuşuq”.

Dövlət başçısı vurğulayıb ki,əlbəttə ki, istənilən ölkə, o cümlədən Azərbaycan üçün qonşularla münasibətlərin qurulması əsas prioritetdir:

“Bu mənada, sonuncu Forumdan bəri bizim əlaqələrimiz güclənib. Biz qonşularımızla qarşılıqlı maraqlara, qarşılıqlı hörmətə əsaslanan çox məhsuldar işçi münasibətlər qurmuşuq. Bu, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət və investisiya sahələrində daha çox körpü qurmağa kömək edir. Bu səbəbdən, bizim qonşu ölkələrlə ənənəvi əlaqələrimiz regional təhlükəsizliyi təmin edir”.

Xəbər Lenti

| Türkiyədə hava limanında atışma olub

| “Rüstəm kişi” onun son rolu idi, yaddaşlarda da elə qaldı

| “Rüstəm kişi” onun son rolu idi, yaddaşlarda da elə qaldı

| Roma Papasının kobudluğu hamını təəcübləndirdi - VİDEO

| Deputat yanğından danışdı: Bu artıq neçənci belə hadisədir

| Castin Biber dərin depressiyadadır - Musiqidən gedir

| Sahibə Qafarova: Danışıqlar bundan sonra uzun illər davam edə bilməz

| Ruhani: Tramp bütün beynəlxalq normaları pozub

| Kreml ABŞ-ın İsrailin xeyrinə çıxardığı qərarı pislədi

| Nurməhəmmədovdan Makqreqorun karyerasını bitirməsinə - REAKSİYA

| Venesuela gün ərzində iki dəfə işıqsız qaldı

| İlham Əliyev “Bakmil” stansiyasında

| Kardioloji cihazların ölümcül təhlükəsi aşkarlandı

| Azərbaycanlı gənc dəstəsi ilə Rusiyada supermarketi yardı

| Deputat: Vergilərlə sığorta ödənişləri arasında fərq olmalıdır

| Pentaqon “Tramp divarı”nın inşasını maliyyələşdirəcək

| Qadınların tarixi “kosmik gəzinti”si təxirə salındı - Skafandra görə

| Novruzdan sonrakı ilk iş günü hava necə olacaq?

| Tahir Mirkişili: O adamların dollarla kredit götürməsi qadağandır

| Nazirlik yanğında zəhərlənənlərin sayını açıqladı

| Makqreqor karyerasını bitirdi

| 27 yaşlı oğlan özünü asdı

| Şəkili kişilərdən marixuana götürüldü - FOTO

|

Musa Qasımlı: Ordumuzun gücü diplomatiyaya güc verir

| Yanğını söndürən zaman FHN əməkdaşı xəsarət aldı

| BŞİH əməkdaşları bayram günlərində niyə işə çağırılıblar?

| Kəmaləddin Heydərovla Səhlab Bağırov yanğın baş verən ərazidə

| ABŞ Yerin orbitində nüvə mühərrikini sınayacaq

| Vilayət Eyvazov hesabat verəcək

| Pompeo Azərbaycan xalqını təbrik etdi

| Bakıda güclü yanğın

| İngiltərə və Fransa darmadağın etdi, Portuqaliya yenə xal itirdi - VİDEO

| Suriyada üç rusiyalı hərbçi öldürülüb

| İsrail və HƏMAS razılaşdılar

| Çavuşoğlu: Trampın qərarı vəziyyəti gərginləşdirir

| Messidən sonra Ronaldu da zədələndi

| Gəncədə ata və oğulu maşın vurub

| Türkiyə millisi Moldovanı darmadağın etdi - VİDEO

| Göyçayda maşın yandı

| Suriya XİN-dən Trampın qərarına - SƏRT REAKSİYA

| Yurçeviç: Macarıstan və Slovakiya ilə oyunlarda qələbə istəyirik

| Yurçeviç: Macarıstan və Slovakiya ilə oyunlarda qələbə istəyirik

| “Real” futbol tarixinin ən bahalı transferinə hazırlaşır

| İsa Həbibbəyli: Təhsillə bağlı yeni qanun layihəsinin hazırlıqlarına başlanılıb

| İsrail Qəzzanı bombalayır

| Tramp Qolan təpələrini İsrailin ərazisi kimi tanıdı

| Parlamentin növbəti iclasının vaxtı məlum oldu

| Yurçeviçli millimiz ilk ev oyununa çıxdı

| Gəncədə iki maşın toqquşdu, yaralılar var - FOTO/VİDEO

| Bakıda bağ evlərinin qənimləri tutuldu - FOTO

| Əqli qüsurlu uşaq xüsusi əməliyyatla tapıldı - FOTO