Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Maliyyə Nazirliyinin yoxlamasının nəticəsi: İşlərin həcmi əsassız olaraq artıq yazılıb

  37

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 2018-ci ildə apardığı nəzarət tədbirləri nəticəsində büdcə təşkilatlarında 7 milyon 27 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edib. Təqsirkar şəxslər hesabına həmin vəsaitin 2 milyon 195 min manatının bərpası təmin olunub, digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Oxu.Az xəbər verir ki, Maliyyə Nazirliyinin məlumatına görə, 2018-ci il üçün tərtib olunmuş iş planına uyğun olaraq, dövlət büdcəsindən maliyyələşən 10 rayon (şəhər) icra hakimiyyətlərinə, 7 şəhər ərazi  nümayəndəliyinə, 5 təhsil, 7 səhiyyə və 1 geodeziya və kartoqrafiya müəssisəsinə, 2 elmi tədqiqat institutuna, 1 protez-ortopedik bərpa və 1 uşaq bərpa mərkəzlərinə, 1 ali təhsil müəssisəsi, 2 səfirliyə, 1 nəqliyyat agentliyinə, 1 mədəniyyət müəssisəsinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinə və onun 3 rayon məşğulluq mərkəzinə, eyni zamanda, bir sıra şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbirləri həyata keçirilib. 

Nəzarət tədbirləri çərçivəsində büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermiş vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun inzibati protokollar tərtib edilib, 676 vəzifəli şəxsə ümumilikdə 554,6 min manat məbləğində inzibati cərimələr tətbiq edilib və cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub. 

Hesabat dövründə 12 təşkilat üzrə aşkar edilmiş artıq ödənişlərin 4 milyon 550 min manat hissəsinə dair nəzarət tədbirləri üzrə məniməsəmə əlamətləri müşahidə olunan nöqsanlara hüquqi qiymət verilməsi məqsədi ilə müvafiq sənədlər Baş Prokurorluğa göndərilib. 

26 təşkilat üzrə aşkar edilmiş əsassız ödənişlərin 473,1 min manat hissəsinə dair nəzarət tədbirlərinə dair sənədlər isə İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə uyğun olaraq icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədi ilə prokurorluq orqanlarına göndərilib. 

Eyni zamanda, 2018-ci ildə Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən hüquq-mühafizə orqanlarının qərarlarına əsasən 12 təşkilatda aparılmış yoxlamalar yekunlaşdırılaraq müvafiq sənədlər aidiyyəti üzrə təqdim edilib. 

Məlumatda qeyd edilir ki, ötən il aparılan nəzarət tədbirləri zamanı bir sıra  xarakterik nöqsanlar da aşkarlanıb. Belə ki, bir sıra hallarda yerli icra hakimiyyəti orqanlarında rayon mərkəzlərinin və şəhərlərinin abadlığı, o cümlədən xəstəxanaların, məktəblərin, mədəniyyət müəssisələrinin, icra hakimiyyətlərinin binalarının və digər sosial obyektlərin, habelə yolların təmiri və tikintisi üçün ayrılmış vəsaitlərin təyinatına xərclənməsi üzrə aparılan nəzarət tədbirləri ilə yerinə yetirilmiş kimi göstərilən işlərin həcminin əsassız olaraq artıq yazıldığı, malların (iş və xidmətlərin) satın alınması zamanı qanunvericiliyin tələblərinə zidd olaraq bəzi hallarda satınalma prosedurlarının keçirilmədiyi, layihə-smeta sənədlərinin tərtib edilmədiyi aşkar edilib. Həmçinin, rayon mərkəzlərində (şəhərlər) təmizlik işlərinin aparılması və yaşıllıq sahələrinə xidmət ilə əlaqədar işlərin dəyərini müəyyən edən hesabatlar bir sıra hallarda tərtib edilməyib, tərtib edildiyi halda isə işlərin dəyəri əsassız olaraq artırılıb və dövlət büdcəsindən artıq vəsait alınaraq səmərəsiz xərclənib. Bununla yanaşı, alınmış malların (iş və xidmətlərin) dəyərinin bank köçürmələri vasitəsi ilə deyil nağd qaydada ödənildiyi, rayonların (şəhərlərin) kommunal təsərrüfatları tərəfindən əhalidən və kommersiya obyektlərindən bərk məişət tullantılarının yığılması və ərazidən daşınaraq zərərsizləşdirilməsi üzrə böyük məbləğdə xidmət haqlarının yığılmasının təmin edilmədiyi, uşaq baxçalarında uşaqların davamiyyətinin çox aşağı olmasına baxmayaraq əsassız olaraq artıq qrupların yaradıldığı, bəzi hallarda isə baxçaların binalarının tam yararsız vəziyyətdə olmasına baxmayaraq həmin binalarda baxçaların fəaliyyətlərinin sənədləşdirildiyi, bəzi hallarda uşaqlara verilməsi sənədləşdirilən ərzaq məhsullarının bir hissəsinin faktiki olaraq alınmadığı və uşaqlara verilmədiyi kimi nöqsanlar aşkar olunub. 

Yerli icra hakimiyyəti orqanlarında və onların təsisçiliyi ilə yaradılmış xidmət qurumlarında uçot və hesabat işləri lazımi səviyyədə təşkil edilmədiyindən onların təsərrüfat əməliyyatlarına çox hallarda müxabirləşmələr verilməyib, balans hesablarının analitik uçotu aparılmayıb, bəzi hallarda əsas vəsaitlərə köhnəlmələr hesablanmayıb. 

Aşkar edilmiş nöqsanların tam aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədi ilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarına təqdimatlar göndərilib.

Xəbər Lenti

| Ermənilərin üç “arqument”i, Azərbaycanın üç cavabı

| Azərbaycanda məktəb tualeti adı ilə yayılan fotolar yalan çıxdı

| Şəhərdə tikilən binalar və nəqliyyat

| Azad Rəhimov: 30 min azarkeş Bakıya gələcək, böyük sınaqdır

| Fiqudan azarkeşlərə Avroliqanın finalı ilə bağlı çağırış - VİDEO

|

“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur

| Azərbaycanlı vəkillər İngiltərədə işləyə biləcək

| İlham Əliyev: Qarabağ münaqişəsinin həllinin bir yolu var

| Nazirlik Baş Prokurorluğa müraciət etdi - Müəllimin döyülməsi kadrlarına görə

| Prezident Şeyxin fəaliyyətindən danışdı: Böyük nüfuza malikdir

| Bu deputatlar məsuliyyətə cəlb ediləcək

| Erməni gimnastlar: Bakı təhlükəsizdir, sakinləri isə mehribandır

| Azərbaycanda yeni neft-qaz yataqları axtarılacaq

| Marneulinin yeni seçilmiş azərbaycanlı meri ilə müsahibə - 31 yaşı var

| Marneulinin yeni seçilmiş azərbaycanlı meri ilə müsahibə - 31 yaşı var

| Xəzərin hüquqi statusu müəyyənləşsə də, məsələ tam həllini tapmayıb - RƏY

| Milli Oftomologiya Mərkəzinin Şəki filialı açılır

| Tereza Mey istefa tarixini açıqladı

| Ölkədə uşaqlarda refraks patologiyası geniş yayılıb

| Bakıda 28 dərəcə isti olacaq

| Ağstafada dörd 15 yaşlı qız hamilə qalıb? - DİN-dən açıqlama

| Rövşən Əsgərov: Heç Kennedini Mxitaryan qədər qorumayıblar

| Kişi 10 il əvvəl oğurlanan pulqabını yiyəsinə qaytardı

|

Bahar Muradova İrəvanın Ermənistana paytaxt kimi verilməsindən danışdı

| Dağıstanda terror törətmək istədilər

| Bakı metrosunda təhlükəli anlar - İşə polis qarışdı

| İlham Əliyev rusiyalı nazirlə görüşdü - FOTO

| Deputat: Rüfət Quliyev kimdir ki, aeroport icarəyə versin?!

| ABŞ ticarət tərəfdaşlarını cəzalandıracaq

| Məşhur kardioloq “Ege Hospital”a direktor təyin edildi

| Deputat: Rüfət Quliyev kimdir ki, aeroport icarəyə versin?!

| Final günü stadiona gedənlər bunları bilməlidir - VİDEO

| Azərbaycan ABŞ vətəndaşını bağışladı

| Arsen Venqer: “Arsenal” və “Çelsi”nin Bakıda problemi olmamalıdır

| ABŞ ticarət tərəfdaşlarını cəzalandıracaq

| Siyavuş Novruzov: Ermənistan onun-bunun yedəyində gedir

| Azərbaycanda “Pensiya Amnistiyası”nın verilməsi təklif olunur

| “NETTY2019” nominantları müəyyən edir: seçim prosesi başladı

| “Golden Crown”dan “Ramazan payı” kampaniyası

| Narkotacir “Qədim” ələ keçdi - FOTO

| “NETTY2019” nominantları müəyyən edir: seçim prosesi başladı

| Qədim Misir şərabı bərpa olundu

| Rusiyada məzun deputata hücum etdi - VİDEO

| Məşhur kardioloq “Ege Hospital”a direktor təyin edildi

| Gəncləri Milli Məclisə topladılar - Yeddi saat görüş olacaq

| Əcnəbilərlə evlənən azərbaycanlıların sayı açıqlandı

| Roman Abramoviç Bakıya gəlir

| “Golden Crown”dan “Ramazan payı” kampaniyası

| Bu rayonda su olmayacaq

| Əli Əhmədov: Xalq Cümhuriyyəti tariximizin şanlı səhifəsi kimi əbədi yaşayacaq

| Rusiyada dələduz tutulmamaq üçün üzünü əməliyyat etdirdi – VİDEO

| Dünyanın ən uzun dəmiryolu xətti fəaliyyətə başladı

| Bakıda qətl: kişinin boyun damarlarını kəsdilər

| Peşəkar mühasib sertifikatının verilməsi ilə bağlı - QAYDALAR

| Baş nazir “DOST”la bağlı qərar verdi

| İran S-300 komplekslərini Fars körfəzinə yönəldir – VİDEO

| Kanadanın baş naziri hindi liderinə bəraət qazandırıb

| Şüvəlanda münaqişə qabırğaların sınması ilə nəticələndi

| ABŞ Ukraynaya hərbi yardımı artırır

| Heydər Əliyev Fondu yetim uşaqlara əyləncə təşkil edib - FOTO

| Maştağa sakini boynundan bıçaqlanıb - vəziyyəti ağırdı - VİDEO

| Suriyada yaraqlılar hökumət ordusunun zabitlərini girov götürüb

| Bərdədə kənd təsərrüfatı texnikası yarmarkası keçirilib- FOTO

| Qazaxda qədim yaşayış məskəni aşkarlanıb - FOTO

| Fuad Abbasov azadlıqdadır - VİDEO

| Leyla Əliyeva “Mənim balaca şahzadəm” cizgi filminin təqdimatında - FOTO

| Sürüşmə zonasında yerləşən Lənkəran-Lerik yolu yenidən qurulur - FOTO

| Təyyarədə dava salan sərnişin öldü

| Birinci vitse-prezident Mehriban Əliyeva iftar mərasimində - FOTO

| Parisda qvineyalı siyasətçinin 45 milyon avroluq brilliantı oğurlandı

| Ramazan ayının on doqquzuncu gününün – DUASI VƏ TƏQVİMİ

| Qarabağ generalları Paşinyanı devirmək üçün and içib

| Kürdəmirdə qıza görə adam öldürən məhkuma yenidən cinayət işi açıldı

| Abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ola biləcəklər

| Bakı bulvarında qadın özünü dənizə atdı - VİDEO

| Akademik Taliya Xabrieva AMEA-nın akademikləri ilə görüşüb – FOTO

| Mxitaryan kimin üçün oynayır?

| İlham Əliyev iftar mərasimində iştirak edib - FOTO

| İran-ABŞ müharibəsi baş versə, Azərbaycanı nə gözləyir?

| Mxitaryan kimin üçün oynayır?

| UEFA “Arsenal”a xəbərdarlıq etdi: Bakıda etiraz olmasın!

| Anadolu agentliyinin itkin düşən müxbirinin cəsədi tapıldı - 14 gün sonra

| Sumqayıtda sərnişin avtobusu qəza törətdi - VİDEO

| Akademik Taliya Xabrieva AMEA-nın akademikləri ilə görüşüb – FOTO

| Oqtay Əsədov: Beynəlxalq birliyin məsələyə ədalətli və həssas yanaşacağına inanırıq

| Kosmosda spirtli və qazlı içki niyə qadağandır?

| “CinemaPlus”da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uşaqlar üçün əyləncə proqramı - FOTO/VİDEO

| Qadınlar ən çox cinsi partnyorunun zorakılığına məruz qalır - RƏY

| Romantik görüş üçün ən bahalı şəhər hansıdır?

| Bulvarda suya zəhər atıb balıqları öldürdülər – İDDİA + VİDEO

| Ekspert: Türkiyəni şantaj etmək olmaz

| “Arsenal” və “Çelsi” azarkeşlərinin Bakıda toplaşacağı yer açıqlandı

| Ukraynalı qadın Bakıdakı məşhur salonda solyariyə girdi, yandı - AÇIQLAMA

| Məmmədyarov çinli həmkarı ilə görüşdü - FOTO

| İran-ABŞ müharibəsi baş versə, Azərbaycanı nə gözləyir?

| Ən təhlükəli siqaretlər bunlar imiş

| Xaricdə pulsuz təhsil almaq istəyənlərin nəzərinə - Müsabiqə başladı

| Dərbəndin keçmiş başçısı azərbaycanlıları öldürdüb - İDDİA

| Deputatlar səs-küylü layihəni müzakirə etdi - Hüquqlar məhdudlaşdırılır?