Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Ali məktəblərə tələbə qəbulu elan edildi

  34

Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edib. 

Mərkəzdən verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2019-cu il martın 15-dən aprelin 15-dək internet vasitəsilə aparılacaq. 

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Müsabiqədə iştirak ödənişlidir. “Azərbaycan Respub­lika­sında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respub­likası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) cari ildə keçirilən qəbul imtahanında (imtahanın ikinci mərhələsi üzrə keçirilən imtahanlarda ikinci dəfə iştirak istisna olmaqla) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olun­duq­dan sonra onların şəxsi kabinetindəki hesabından çıxılır.

Ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə həyata keçirilir və imtahanının ikinci mərhələsi iki dəfə (yaz və yay sessiyaları) keçirilir. Abituriyentlər hər iki imtahanda (hər sessiyada bir dəfə olmaqla) iştirak edə bilərlər. İkinci mərhələ üzrə hər iki imtahanda iştirak edən abituriyent ikinci imtahanı birincidəkindən fərqli ixtisas qrupu üzrə də verə bilər. Ərizələrində I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının ikinci mərhələsinin birinci imtahanında iştirak etmək istədi­yi­ni qeyd edən abituriyentlər, ikinci imtahanda da iştirak etmək istədikləri halda 2019-cu il mayın 30-dan iyunun 12-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə eservices.dim.gov.az/erizebak/erize in­ter­net səhifəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün onlar tələb olunan məbləği şəxsi kabinetinin hesabına əlavə etməli, imtahan verəcəkləri ixtisas qrupunu seçməlidirlər. Ərizələrində birinci imtahanda iştirak etmək istə­diklərini qeyd etməyən abituriyentlər isə qeydiy­yatdan keçmədən ikinci imtahanda iştirak edirlər.

Abituriyentlər eyni zamanda ali təhsil müəs­sisələrinin I-IV ixtisas qruplarına daxil olan ixtisaslar, V ixtisas qrupuna daxil olan ixtisaslar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər.

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlu­matların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).

Qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə I-IV ixtisas qrupları üzrə ixtisas seçiminə buraxılmır.

Qəbul imtahanının birinci mərhələsi 2019-cu ilin aprel ayında keçirilir. Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər bu mərhələ üzrə imtahan vermirlər və müsabiqədə buraxılış imtahanında (zonalar üzrə 7, 14, 21 aprel) əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi aprelin 28-də keçiriləcəkdir.

I-IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsi iki dəfə keçirilir. İlk qəbul imtahanı (yaz sessiyası) I-IV ixtisas qrupları üzrə mayın 12-də, II-III ixtisas qrupları üzrə mayın 19-da keçiriləcək. İkinci imtahan (yay sessiyası) isə I-IV ixtisas qrupları üzrə iyunun 23-də, II-III ixtisas qruplari üzrə isə iyulun 7-də keçiriləcək.Abi­turiyent­lər hər iki imtahanda iştirak edə bilərlər. Hər iki imtahanda iştirak edən abituriyent ikinci imtahanı birincidəkindən fərqli ixtisas qrupları üzrə də, eyni ixtisas qrupu üzrə də verə bilər.

V ixtisas qrupu üzrə müsabiqə qəbul imtaha­nı­nın birinci mərhələsinin və qabiliyyət imtahanının nəticələrinə əsasən aparılır. Azərbaycan Respubli­kasının tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müvafiq qəbul im­ta­hanı vermirlər və müsabiqədə cari ilin buraxılış imta­hanındakı nəticələri əsasında iştirak edirlər. Tam orta təhsil səviyyəsini əvvəlki illərdə və ya Azərbaycan Respublikasının hüdudları kənarında başa vuran abituriyentlər üçün imtahan aprelin 28-də keçiriləcək.

Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2019-cu il martın 15-dan aprelin 15-dək internet vasitəsilə aparılacaq. 

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).

Müsabiqədə iştirak ödənişlidir. "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət etmiş Azərbaycan Respublikasının vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə keçirilən imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq.

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).

Abituriyentlər müsabiqədə iştirak etmək üçün Azərbaycan dili və ya rus dili (tədris dilinə uyğun olaraq), riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər. Tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə bu üç fəndən buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər.

- Tədris dili Azərbaycan və rus dillərindən fərqli olan ümumi təhsil müəssisələrinin məzunları orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim etdikləri halda ərizədə qeyd etdikləri bölməyə uyğun olaraq Azərbaycan dili və ya rus dili fənnindən əlavə olaraq imtahan verirlər. Bu halda abituriyentlər imtahan üçün əlavə ödəniş edirlər. Ödəniş etmək üçün abituriyentlər şəxsi kabinetlərinin istifadəçi adı və parolundan istifadə etməklə tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.

Xəbər Lenti

| Bu deputatlar məsuliyyətə cəlb ediləcək

| Erməni gimnastlar: Bakı təhlükəsizdir, sakinləri isə mehribandır

| Azərbaycanda yeni neft-qaz yataqları axtarılacaq

| Marneulinin yeni seçilmiş azərbaycanlı meri ilə müsahibə - 31 yaşı var

| Marneulinin yeni seçilmiş azərbaycanlı meri ilə müsahibə - 31 yaşı var

| Xəzərin hüquqi statusu müəyyənləşsə də, məsələ tam həllini tapmayıb - RƏY

| Milli Oftomologiya Mərkəzinin Şəki filialı açılır

| Tereza Mey istefa tarixini açıqladı

| Ölkədə uşaqlarda refraks patologiyası geniş yayılıb

| Bakıda 28 dərəcə isti olacaq

| Ağstafada dörd 15 yaşlı qız hamilə qalıb? - DİN-dən açıqlama

| Rövşən Əsgərov: Heç Kennedini Mxitaryan qədər qorumayıblar

| Kişi 10 il əvvəl oğurlanan pulqabını yiyəsinə qaytardı

|

Bahar Muradova İrəvanın Ermənistana paytaxt kimi verilməsindən danışdı

| Dağıstanda terror törətmək istədilər

| Bakı metrosunda təhlükəli anlar - İşə polis qarışdı

| İlham Əliyev rusiyalı nazirlə görüşdü - FOTO

| Deputat: Rüfət Quliyev kimdir ki, aeroport icarəyə versin?!

| ABŞ ticarət tərəfdaşlarını cəzalandıracaq

| Məşhur kardioloq “Ege Hospital”a direktor təyin edildi

| Deputat: Rüfət Quliyev kimdir ki, aeroport icarəyə versin?!

| Final günü stadiona gedənlər bunları bilməlidir - VİDEO

| Azərbaycan ABŞ vətəndaşını bağışladı

| Arsen Venqer: “Arsenal” və “Çelsi”nin Bakıda problemi olmamalıdır

| ABŞ ticarət tərəfdaşlarını cəzalandıracaq

| Siyavuş Novruzov: Ermənistan onun-bunun yedəyində gedir

| Azərbaycanda “Pensiya Amnistiyası”nın verilməsi təklif olunur

| “NETTY2019” nominantları müəyyən edir: seçim prosesi başladı

| “Golden Crown”dan “Ramazan payı” kampaniyası

| Narkotacir “Qədim” ələ keçdi - FOTO

| “NETTY2019” nominantları müəyyən edir: seçim prosesi başladı

| Qədim Misir şərabı bərpa olundu

| Rusiyada məzun deputata hücum etdi - VİDEO

| Məşhur kardioloq “Ege Hospital”a direktor təyin edildi

| Gəncləri Milli Məclisə topladılar - Yeddi saat görüş olacaq

| Əcnəbilərlə evlənən azərbaycanlıların sayı açıqlandı

| Roman Abramoviç Bakıya gəlir

| “Golden Crown”dan “Ramazan payı” kampaniyası

| Bu rayonda su olmayacaq

| Əli Əhmədov: Xalq Cümhuriyyəti tariximizin şanlı səhifəsi kimi əbədi yaşayacaq

| Rusiyada dələduz tutulmamaq üçün üzünü əməliyyat etdirdi – VİDEO

| Dünyanın ən uzun dəmiryolu xətti fəaliyyətə başladı

| Bakıda qətl: kişinin boyun damarlarını kəsdilər

| Peşəkar mühasib sertifikatının verilməsi ilə bağlı - QAYDALAR

| Baş nazir “DOST”la bağlı qərar verdi

| İran S-300 komplekslərini Fars körfəzinə yönəldir – VİDEO

| Kanadanın baş naziri hindi liderinə bəraət qazandırıb

| Şüvəlanda münaqişə qabırğaların sınması ilə nəticələndi

| ABŞ Ukraynaya hərbi yardımı artırır

| Heydər Əliyev Fondu yetim uşaqlara əyləncə təşkil edib - FOTO

| Maştağa sakini boynundan bıçaqlanıb - vəziyyəti ağırdı - VİDEO

| Suriyada yaraqlılar hökumət ordusunun zabitlərini girov götürüb

| Bərdədə kənd təsərrüfatı texnikası yarmarkası keçirilib- FOTO

| Qazaxda qədim yaşayış məskəni aşkarlanıb - FOTO

| Fuad Abbasov azadlıqdadır - VİDEO

| Leyla Əliyeva “Mənim balaca şahzadəm” cizgi filminin təqdimatında - FOTO

| Sürüşmə zonasında yerləşən Lənkəran-Lerik yolu yenidən qurulur - FOTO

| Təyyarədə dava salan sərnişin öldü

| Birinci vitse-prezident Mehriban Əliyeva iftar mərasimində - FOTO

| Parisda qvineyalı siyasətçinin 45 milyon avroluq brilliantı oğurlandı

| Ramazan ayının on doqquzuncu gününün – DUASI VƏ TƏQVİMİ

| Qarabağ generalları Paşinyanı devirmək üçün and içib

| Kürdəmirdə qıza görə adam öldürən məhkuma yenidən cinayət işi açıldı

| Abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ola biləcəklər

| Bakı bulvarında qadın özünü dənizə atdı - VİDEO

| Akademik Taliya Xabrieva AMEA-nın akademikləri ilə görüşüb – FOTO

| Mxitaryan kimin üçün oynayır?

| İlham Əliyev iftar mərasimində iştirak edib - FOTO

| İran-ABŞ müharibəsi baş versə, Azərbaycanı nə gözləyir?

| Mxitaryan kimin üçün oynayır?

| UEFA “Arsenal”a xəbərdarlıq etdi: Bakıda etiraz olmasın!

| Anadolu agentliyinin itkin düşən müxbirinin cəsədi tapıldı - 14 gün sonra

| Sumqayıtda sərnişin avtobusu qəza törətdi - VİDEO

| Akademik Taliya Xabrieva AMEA-nın akademikləri ilə görüşüb – FOTO

| Oqtay Əsədov: Beynəlxalq birliyin məsələyə ədalətli və həssas yanaşacağına inanırıq

| Kosmosda spirtli və qazlı içki niyə qadağandır?

| “CinemaPlus”da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uşaqlar üçün əyləncə proqramı - FOTO/VİDEO

| Qadınlar ən çox cinsi partnyorunun zorakılığına məruz qalır - RƏY

| Romantik görüş üçün ən bahalı şəhər hansıdır?

| Bulvarda suya zəhər atıb balıqları öldürdülər – İDDİA + VİDEO

| Ekspert: Türkiyəni şantaj etmək olmaz

| “Arsenal” və “Çelsi” azarkeşlərinin Bakıda toplaşacağı yer açıqlandı

| Ukraynalı qadın Bakıdakı məşhur salonda solyariyə girdi, yandı - AÇIQLAMA

| Məmmədyarov çinli həmkarı ilə görüşdü - FOTO

| İran-ABŞ müharibəsi baş versə, Azərbaycanı nə gözləyir?

| Ən təhlükəli siqaretlər bunlar imiş

| Xaricdə pulsuz təhsil almaq istəyənlərin nəzərinə - Müsabiqə başladı

| Dərbəndin keçmiş başçısı azərbaycanlıları öldürdüb - İDDİA

| Deputatlar səs-küylü layihəni müzakirə etdi - Hüquqlar məhdudlaşdırılır?

| Dondurma mövsümü başladı - Zəhərlənmək istəmirsinizsə, bunları bilməyiniz vacibdir

| Məişət zorakılığı ilə bağlı dəhşətli statistika - Bir ildə 87 min qadın öldürülüb

| Qəzalı bina sakinləri ilə icra hakimiyyəti arasında qarşıdurma - VİDEO

| Prezident Ramiz Novruzla görüşdü: Uzaqdan gördü, məni yanına çağırdı

| Qəzalı bina sakinləri ilə icra hakimiyyəti arasında qarşıdurma - VİDEO

| Zurabişvili Azərbaycanla sərhədin delimitasiyasından yazdı

| “Abşeron City” müştərilərin başına oyun açır - Rəhbərləri isə yoxa çıxıb

| Qaçırdığı qadını vəhşicəsinə döyüb öldürdü - 16 illik həbs edildi