Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Azərbaycanın strateji tərəfdaşları “AccessBank”ın yeni səhmdarları oldu

  31

Bu gün JW Marriott Absheron hotelində “AccessBank”ın səhmdarlarının strukturundakı dəyişikliklərə həsr olunmuş mətbuat konfransı keçirilib.

Bankın İdarə Heyətinin sədri Anar Həsənov “AccessBank”ın nizamnamə kapitalının artırılmasının başa çatdığını elan edib. Bunu şərh edən cənab Həsənov bildirib ki, 2018-ci ilin noyabrın 15-də bank, mövcud səhmdarlar və kreditorlar arasında “AccessBank”ın kapital mövqeyinin gücləndirilməsinə dair saziş imzalanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası ilə sıx əməkdaşlıq çərçivəsində Bankın kapitalının 118.5 mln. manat məbləğində artırılması 2019-cu ilin fevralın 28-də uğurla başa çatdırılıb.

Kapitallaşma prosesi yeni səhmdarlara və bankın təsisçisi olan Beynəlxalq Maliyyə Korporasiyasına (IFC) yeni səhmlərin emissiyası, o cümlədən mövcud səhmlərin yeni səhmdarlar arasında bölüşdürülməsini əhatə edirdi.

Yeni səhmdarlar arasında Asiya İnkişaf Bankı, Avropa İttifaqının Avropa İnvestisiya Bankı, Hollandiya İnkişaf Bankı (FMO), Avstriya İnkişaf Bankı, İsveçrə Konfederasiyasının SIFEM AG maliyyə inkişaf institutu, responsAbility Investments tərəfindən idarə olunan Avropanın investisiya fondları, EFSE, Symbiotics SICAV və GGF var.

Yeni səhmdarların banka qoşulmasına toxunan Anar Həsənov bildirib:

“AccessBank” yalnız əlavə kapital hesabına deyil, o cümlədən Avropa İttifaqının, İsveçrənin, Avstriyanın, Niderland Krallığının və Asiya İnkişaf Bankının üzvü olan bütün ölkələrin maraqlarını təmsil edən yeni səhmdarların peyda olunması ilə güclənir”.

Anar Həsənovun sözlərinə görə, 118.5 mln. manat bankın nizamnamə kapitalının artırılmasına yönəldikdən sonra səhmdar kapitalı 258 mln. manata çatdırılacaq.

“Əlavə olaraq subordinasiya olunmuş kredit alətləri vasitəsilə II dərəcəli kapital 22 mln. manat artırılacaq. Bununla yanaşı, “şərti kapital”ın artırılması üçün də 22 mln. manatın ayrılması nəzərdə tutulub ki, gələcəkdə ehtiyac olduğu halda bu vəsaitdən də istifadə olunacaq”, - deyə sədr vurğulayıb.

İnvestorlarla danışıq prosesində 4 illik strateji inkişaf planının hazırlandığını bildirən cənab Həsənov bildirib ki, plana əsasən, “AccessBank” kredit portfelini aktiv şəkildə böyütməyi, o cümlədən gəlirlilik səviyyəsini daha da artırmağı planlaşdırır:

“Sözsüz ki, bankın əsas missiyaları sırasına mikro, kiçik və orta sahibkarlığın partnyoru olaraq qalmaq, o cümlədən bu sahələrin inkişafında aktiv iştirak etmək də daxildir. Bu baxımdan kapitallaşma prosesi bankı zəruri resurslarla təmin edəcək ki, bunun hesabına “AccessBank” müştərilərinin artan maliyyə ehtiyaclarını tam şəkildə qarşılaya biləcək”.

Bununla yanaşı, cənab Həsənov qeyd edib ki, bankın yeni Müşahidə Şurası yeni səhmdarların təmsilçilərindən ibarət heyətdən formalaşacaq və bu barədə yaxın zamanda ətraflı məlumat veriləcək.

Avropa Yenidənqurma və İnkişaf Bankının, KfW və Access Microfinance Holding AG-nin səhmlərinin LFS Advisory GmbH tərəfindən alındığını bildirən sədr həmin maliyyə təşkilatlarına 15 il ərzində banka göstərdiyi dəyərli dəstəyə görə təşəkkür edib.
 
Asiya İnkişaf Bankının nümayəndəsi Corc Rubli (George Rublee):

“Asiya İnkişaf Bankının kapitallaşma prosesində göstərdiyi səylərlə biz bir daha AİB-in səhmdarı olan Azərbaycan hökuməti ilə razılaşdırdığımız prioritetlərə sadiq qaldığımızı nümayiş etdirdik. AİB inklüziv inkişafın katalizatoru olan ölkənin maliyyə sektorunun dinamik və dayanıqlı şəkildə böyüməsini dəstəkləyir.

“AccessBank” makroiqtisadiyyatda mühüm rol oynayan əhalinin əsas hissəsinə xidmət göstərir və bundan sonra da ölkə iqtisadiyyatının inkişafına və diversifikasiyasına öz qiymətli töhfəsini verməkdə davam edəcək. Biz “AccessBank”ın uğurlarının davamlı olması üçün tərəfdaşlarımızla əməkdaşlığa hazırıq”.

Avropa İnvestisiya Bankının nümayəndəsi Yitka Bures (Jitka Bures):

“Avropa İnvestisiya Bankının “AccessBank”ın rekapitalizasiyası prosesində iştirakı kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxışın təmin olunması ilə bağlı strategiyamıza uyğundur. Kiçik və orta sahibkarlıq subyektləri istənilən iqtisadiyyatın dayağı hesab olunmaqla əhalinin əsas hissəsinin işlə təmin olunmasına səbəb olur. Ümid edirik ki, “AccessBank” öz biznesini inkişaf etdirməyə və Azərbaycan əhalisinin həyatına müsbət təsir etməyə davam edəcək”.

Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayəndəsi Cerri Vu (Jerry Wu):

“Təsisçi səhmdarlardan biri olaraq, IFC “AccessBank”ın missiyasına sadiq qalır. Ölkədə sosial-iqtisadi inkişafa və yeni iş yerlərinin yaradılmasına töhfə vermək məqsədilə Bankın inkişafının yeni mərhələsini və kiçik biznesin maliyyələşməsinin artırılmasını dəstəkləmək üçün yeni səhmdarlarla əməkdaşlığa ümid edirik”.

ResponsAbility-nin nümayəndəsi Oleq İvaniyçuk (Oleg Ivaniychuk):

“ResponsAbility ötən müddət ərzində “AccessBank”ı həm kreditor, həm də kapitallaşma prosesində etibarlı tərəfdaş olaraq aktiv şəkildə dəstəkləyib və gələcəkdə də bir səhmdar kimi dəstəyini nümayiş etdirəcək.

Biz kapitallaşma prosesində digər kreditorların, səhmdarların və MBNP-nin iştirakını, habelə bankın komandasının fədakarlığını yüksək qiymətləndiririk. Artıq biz bankın inkişafında yeni mərhələyə qədəm qoyuruq və AccessBank-ın daha güclü, effektiv və innovativ olması istiqamətində dəstəyimizi əsirgəməyəcəyik”.

Səhmdarların yeni pay bölgüsü aşağıdakı kimidir: 

- Asiya İnkişaf Bankı - 19.90%;
- Avropa İnvestisiya Bankı - 17.39%;
- Beynəlxalq Maliyyə Korporasiyası - 16.56%;
- responsAbility tərəfindən odarə edilən investisiya fondları: 
- responsAbility SICAV (Lux) - 2.91%
- responsAbility Management Company S.A. - 7.11%
- Hollandiya İnkişaf Bankı (FMO) - 9.41%;
- Avstriya İnkişaf Bankı - 9.17%;
- SIFEM AG - 8.89%;
- EFSE - 2.78%
- Symbiotics SICAV (Lux.) - 2.27%
- GGF - 1.77%
- LFS Advisory GmbH - 1.27%
- Qara Dəniz Ticarət və İnkişaf Bankı - 0.58%  

Xəbər Lenti

| Nazirlik Baş Prokurorluğa müraciət etdi - Müəllimin döyülməsi kadrlarına görə

| Prezident Şeyxin fəaliyyətindən danışdı: Böyük nüfuza malikdir

| Bu deputatlar məsuliyyətə cəlb ediləcək

| Erməni gimnastlar: Bakı təhlükəsizdir, sakinləri isə mehribandır

| Azərbaycanda yeni neft-qaz yataqları axtarılacaq

| Marneulinin yeni seçilmiş azərbaycanlı meri ilə müsahibə - 31 yaşı var

| Marneulinin yeni seçilmiş azərbaycanlı meri ilə müsahibə - 31 yaşı var

| Xəzərin hüquqi statusu müəyyənləşsə də, məsələ tam həllini tapmayıb - RƏY

| Milli Oftomologiya Mərkəzinin Şəki filialı açılır

| Tereza Mey istefa tarixini açıqladı

| Ölkədə uşaqlarda refraks patologiyası geniş yayılıb

| Bakıda 28 dərəcə isti olacaq

| Ağstafada dörd 15 yaşlı qız hamilə qalıb? - DİN-dən açıqlama

| Rövşən Əsgərov: Heç Kennedini Mxitaryan qədər qorumayıblar

| Kişi 10 il əvvəl oğurlanan pulqabını yiyəsinə qaytardı

|

Bahar Muradova İrəvanın Ermənistana paytaxt kimi verilməsindən danışdı

| Dağıstanda terror törətmək istədilər

| Bakı metrosunda təhlükəli anlar - İşə polis qarışdı

| İlham Əliyev rusiyalı nazirlə görüşdü - FOTO

| Deputat: Rüfət Quliyev kimdir ki, aeroport icarəyə versin?!

| ABŞ ticarət tərəfdaşlarını cəzalandıracaq

| Məşhur kardioloq “Ege Hospital”a direktor təyin edildi

| Deputat: Rüfət Quliyev kimdir ki, aeroport icarəyə versin?!

| Final günü stadiona gedənlər bunları bilməlidir - VİDEO

| Azərbaycan ABŞ vətəndaşını bağışladı

| Arsen Venqer: “Arsenal” və “Çelsi”nin Bakıda problemi olmamalıdır

| ABŞ ticarət tərəfdaşlarını cəzalandıracaq

| Siyavuş Novruzov: Ermənistan onun-bunun yedəyində gedir

| Azərbaycanda “Pensiya Amnistiyası”nın verilməsi təklif olunur

| “NETTY2019” nominantları müəyyən edir: seçim prosesi başladı

| “Golden Crown”dan “Ramazan payı” kampaniyası

| Narkotacir “Qədim” ələ keçdi - FOTO

| “NETTY2019” nominantları müəyyən edir: seçim prosesi başladı

| Qədim Misir şərabı bərpa olundu

| Rusiyada məzun deputata hücum etdi - VİDEO

| Məşhur kardioloq “Ege Hospital”a direktor təyin edildi

| Gəncləri Milli Məclisə topladılar - Yeddi saat görüş olacaq

| Əcnəbilərlə evlənən azərbaycanlıların sayı açıqlandı

| Roman Abramoviç Bakıya gəlir

| “Golden Crown”dan “Ramazan payı” kampaniyası

| Bu rayonda su olmayacaq

| Əli Əhmədov: Xalq Cümhuriyyəti tariximizin şanlı səhifəsi kimi əbədi yaşayacaq

| Rusiyada dələduz tutulmamaq üçün üzünü əməliyyat etdirdi – VİDEO

| Dünyanın ən uzun dəmiryolu xətti fəaliyyətə başladı

| Bakıda qətl: kişinin boyun damarlarını kəsdilər

| Peşəkar mühasib sertifikatının verilməsi ilə bağlı - QAYDALAR

| Baş nazir “DOST”la bağlı qərar verdi

| İran S-300 komplekslərini Fars körfəzinə yönəldir – VİDEO

| Kanadanın baş naziri hindi liderinə bəraət qazandırıb

| Şüvəlanda münaqişə qabırğaların sınması ilə nəticələndi

| ABŞ Ukraynaya hərbi yardımı artırır

| Heydər Əliyev Fondu yetim uşaqlara əyləncə təşkil edib - FOTO

| Maştağa sakini boynundan bıçaqlanıb - vəziyyəti ağırdı - VİDEO

| Suriyada yaraqlılar hökumət ordusunun zabitlərini girov götürüb

| Bərdədə kənd təsərrüfatı texnikası yarmarkası keçirilib- FOTO

| Qazaxda qədim yaşayış məskəni aşkarlanıb - FOTO

| Fuad Abbasov azadlıqdadır - VİDEO

| Leyla Əliyeva “Mənim balaca şahzadəm” cizgi filminin təqdimatında - FOTO

| Sürüşmə zonasında yerləşən Lənkəran-Lerik yolu yenidən qurulur - FOTO

| Təyyarədə dava salan sərnişin öldü

| Birinci vitse-prezident Mehriban Əliyeva iftar mərasimində - FOTO

| Parisda qvineyalı siyasətçinin 45 milyon avroluq brilliantı oğurlandı

| Ramazan ayının on doqquzuncu gününün – DUASI VƏ TƏQVİMİ

| Qarabağ generalları Paşinyanı devirmək üçün and içib

| Kürdəmirdə qıza görə adam öldürən məhkuma yenidən cinayət işi açıldı

| Abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ola biləcəklər

| Bakı bulvarında qadın özünü dənizə atdı - VİDEO

| Akademik Taliya Xabrieva AMEA-nın akademikləri ilə görüşüb – FOTO

| Mxitaryan kimin üçün oynayır?

| İlham Əliyev iftar mərasimində iştirak edib - FOTO

| İran-ABŞ müharibəsi baş versə, Azərbaycanı nə gözləyir?

| Mxitaryan kimin üçün oynayır?

| UEFA “Arsenal”a xəbərdarlıq etdi: Bakıda etiraz olmasın!

| Anadolu agentliyinin itkin düşən müxbirinin cəsədi tapıldı - 14 gün sonra

| Sumqayıtda sərnişin avtobusu qəza törətdi - VİDEO

| Akademik Taliya Xabrieva AMEA-nın akademikləri ilə görüşüb – FOTO

| Oqtay Əsədov: Beynəlxalq birliyin məsələyə ədalətli və həssas yanaşacağına inanırıq

| Kosmosda spirtli və qazlı içki niyə qadağandır?

| “CinemaPlus”da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uşaqlar üçün əyləncə proqramı - FOTO/VİDEO

| Qadınlar ən çox cinsi partnyorunun zorakılığına məruz qalır - RƏY

| Romantik görüş üçün ən bahalı şəhər hansıdır?

| Bulvarda suya zəhər atıb balıqları öldürdülər – İDDİA + VİDEO

| Ekspert: Türkiyəni şantaj etmək olmaz

| “Arsenal” və “Çelsi” azarkeşlərinin Bakıda toplaşacağı yer açıqlandı

| Ukraynalı qadın Bakıdakı məşhur salonda solyariyə girdi, yandı - AÇIQLAMA

| Məmmədyarov çinli həmkarı ilə görüşdü - FOTO

| İran-ABŞ müharibəsi baş versə, Azərbaycanı nə gözləyir?

| Ən təhlükəli siqaretlər bunlar imiş

| Xaricdə pulsuz təhsil almaq istəyənlərin nəzərinə - Müsabiqə başladı

| Dərbəndin keçmiş başçısı azərbaycanlıları öldürdüb - İDDİA

| Deputatlar səs-küylü layihəni müzakirə etdi - Hüquqlar məhdudlaşdırılır?

| Dondurma mövsümü başladı - Zəhərlənmək istəmirsinizsə, bunları bilməyiniz vacibdir

| Məişət zorakılığı ilə bağlı dəhşətli statistika - Bir ildə 87 min qadın öldürülüb

| Qəzalı bina sakinləri ilə icra hakimiyyəti arasında qarşıdurma - VİDEO

| Prezident Ramiz Novruzla görüşdü: Uzaqdan gördü, məni yanına çağırdı

| Qəzalı bina sakinləri ilə icra hakimiyyəti arasında qarşıdurma - VİDEO

| Zurabişvili Azərbaycanla sərhədin delimitasiyasından yazdı

| “Abşeron City” müştərilərin başına oyun açır - Rəhbərləri isə yoxa çıxıb