Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Beynəlxalq iqtisadçılar prezidentin problemli kreditlər barədə fərmanını şərh edir

  13

Prezident İlham Əliyevin problemli kreditlər barədə fərmanı cəmiyyətimizdə böyük sevinclə qarşılandı. Dövlət başçısının qərarı həm bank sektorunu, həm də xarici valyuta ilə kredit borcunu ödəyə bilməyən sadə vətəndaşları bu dərdən xilas etdi.

Azərbaycan Prezidentinin müvafiq fərmanını şərh edən rusiyalı iqtisadçı Vasili Koltaşev Oxu.Az-a verdiyi açıqlamada dövlət başçısının qəbul etdiyi qərarın düzgün və məqsədyönlü olduğu söyləyib.

“Vətəndaşlar kredit götürəndə, dünya bazarının belə sürprizlər əta edəcəyini və milli valyutanın bu qədər dəyərinin düşəcəyini heç kim təsəvvürünə belə gətirmirdi. İndi insanlar rahat şəkildə “nəfəs ala biləcək”.

Heç şübhəsiz, əhali bundan sonra xarici valyuta ilə yox, milli valyuta ilə kredit götürsə, daha yaxşı olar. Digər tərəfdən, dövlət kreditlərin milli valyuta ilə verilməsini təşviq etməlidir”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, problemli kreditlər üzrə yığılan borc Azərbaycan iqtisadiyyatı üçün arzuolunmaz fəsadlara yol aça bilərdi.

“Onlar bir yandan borc əlindən nəfəs ala bilməyən, alıcılıq qabiliyyətləri aşağı düşən istehlakçılara təzyiq altında qoyurdu. Digər yandan, bu kreditlər ölkənin bank sistemini iflic edirdi.

Ona görə Azərbaycan hökumətinin bu addımı həm istehlakçılar üçün, həm də ümumilikdə ölkənin bank sektoru üçün müsbətdir. Bu fərmanı Azərbaycan iqtisadiyyatının üzləşdiyi şok effektindən sonra bunu bir müalicə adlandırardım”, - deyə Koltaşev vurğulayıb.

O əlavə edib ki, neft qiymətlərinin qalxması da MDB ölkələrinin valyuta bazarlarının stabilləşməsinə öz təsirini göstərib.

“Ümumi götürdükdə, Azərbaycan iqtisadiyyatı bu gün bir neçə il öncəkindən daha yaxşı vəziyyətdədir. O dirçəlişdədir. Ancaq bu kifayət etmir. Azərbaycanda ucuz kreditləri əlçatan etmək lazımdır.

Söhbət istehlak kreditindən yox, orta və kiçik sahibkarlığa ayrılan kreditlərdən, həmçinin, ipoteka kreditindən gedir. Bank üçün əhalinin ödəmə qabiliyyətli olması vacib amildir. Ona görə bütövlükdə vəziyyətin yaxşılığa doğru dəyişilməsi üçün kompleks ölçülərə ehtiyac var”, - deyə iqtisadçı bildirib.

Sankt-Peterburq Dövlət Universitetinin iqtisad elmlər professoru Stanislav Tkaçenko indiki vəziyyətdə problemli kreditlərlə bağlı fərmanın Azərbaycan üçün vacib qərar olduğunu deyib.

“Bu, o qədər də böyük olmayan büdcə ayırmaları (bir milyard manatdan az) hesabına çoxsaylı vətəndaşlara yardım etməyə imkan verir. Bu insanlar özlərindən asılı olmayan, beynəlxalq bazarlardakı proseslərlə, iqtisadi böhran zamanı milli valyutanın devalvasiyası ilə əlaqədar çətin maddi duruma düşüblər”, - deyə analitik bildirib.

S.Tkaçenko əlavə edib ki, Azərbaycan prezidentinin fərmanı kredit borcunu vaxtında ödəyə bilməyən on minlərlə vətəndaşa borcdan qurtulmağa,  biznes fəaliyyətini davam etdirməyə və ya şəxsi daşınmaz əmlakını qoruyub saxlamağa imkan verəcək.

“Bu qərar Azərbaycan iqtisadiyyatına kompleks şəkildə təsir göstərəcək. 2019-cu ildə inflyasiya səviyyəsinin indiki ilə müqayisədə, 1-2 faiz yüksələcəyini gözləmək olar. Bu isə Azərbaycan üçün tam məqbul faiz göstəricisidir. 2018-ci ildə inflyasiya səviyyəsi 4 faizdən az olub. Rusiya üçün 4 faizlik inflyasiya  göstəricisi – daxili maliyyə sabitliyinin tutarlı sübutu sayılır”, - deyə  o bildirib.

S.Tkaçenko əlavə edib ki, inflyasiyanın xəfifcə sürətlənməsi pis xəbər olsa da, uzunmüddətli perspektivlər baxımından Azərbaycan iqtisadiyyatı bundan qazanacaq. Belə ki, iqtisadiyyatda likvidliyin artımı labüd şəkildə iqtisadi artımı stimullaşdıracaq və əhalinin alıcılıq qabiliyyətini qaldıracaq.

“Əsas məsələ bundan milli biznes, sənaye, aqrar sahə və xidmət sektorunun yararlanmasıdır. Bu ölçü, əlbəttə ki, Azərbaycanın bank sektorunun fiziki şəxslərlə işləyən və pərakəndə kredit verilişi üzrə ixtisaslaşmış seqmentini stabilləşdirəcək.

Bu ölçünün onun artımını canlandırıb-canlandırmayacağı isə çətin sualdır. Bunun cavabı hökumət və ya parlamentin bunun üçün əlverişli şərait yarada bilib-bilməyəcəyindən asılı olacaq.  

Azərbaycanda daxili tələbat artsa, canlanma davamlı olacaq, bu isə əhalinin yaşayış səviyyəsinin yüksələcəyi təqdirdə mümkün olacaq”, - deyə ekspert fikrini tamamlayıb.

Xəbər Lenti

| Roma Papasının kobudluğu hamını təəcübləndirdi - VİDEO

| Deputat yanğından danışdı: Bu artıq neçənci belə hadisədir

| Castin Biber dərin depressiyadadır - Musiqidən gedir

| Sahibə Qafarova: Danışıqlar bundan sonra uzun illər davam edə bilməz

| Ruhani: Tramp bütün beynəlxalq normaları pozub

| Kreml ABŞ-ın İsrailin xeyrinə çıxardığı qərarı pislədi

| Nurməhəmmədovdan Makqreqorun karyerasını bitirməsinə - REAKSİYA

| Venesuela gün ərzində iki dəfə işıqsız qaldı

| İlham Əliyev “Bakmil” stansiyasında

| Kardioloji cihazların ölümcül təhlükəsi aşkarlandı

| Azərbaycanlı gənc dəstəsi ilə Rusiyada supermarketi yardı

| Deputat: Vergilərlə sığorta ödənişləri arasında fərq olmalıdır

| Pentaqon “Tramp divarı”nın inşasını maliyyələşdirəcək

| Qadınların tarixi “kosmik gəzinti”si təxirə salındı - Skafandra görə

| Novruzdan sonrakı ilk iş günü hava necə olacaq?

| Tahir Mirkişili: O adamların dollarla kredit götürməsi qadağandır

| Nazirlik yanğında zəhərlənənlərin sayını açıqladı

| Makqreqor karyerasını bitirdi

| 27 yaşlı oğlan özünü asdı

| Şəkili kişilərdən marixuana götürüldü - FOTO

|

Musa Qasımlı: Ordumuzun gücü diplomatiyaya güc verir

| Yanğını söndürən zaman FHN əməkdaşı xəsarət aldı

| BŞİH əməkdaşları bayram günlərində niyə işə çağırılıblar?

| Kəmaləddin Heydərovla Səhlab Bağırov yanğın baş verən ərazidə

| ABŞ Yerin orbitində nüvə mühərrikini sınayacaq

| Vilayət Eyvazov hesabat verəcək

| Pompeo Azərbaycan xalqını təbrik etdi

| Bakıda güclü yanğın

| İngiltərə və Fransa darmadağın etdi, Portuqaliya yenə xal itirdi - VİDEO

| Suriyada üç rusiyalı hərbçi öldürülüb

| İsrail və HƏMAS razılaşdılar

| Çavuşoğlu: Trampın qərarı vəziyyəti gərginləşdirir

| Messidən sonra Ronaldu da zədələndi

| Gəncədə ata və oğulu maşın vurub

| Türkiyə millisi Moldovanı darmadağın etdi - VİDEO

| Göyçayda maşın yandı

| Suriya XİN-dən Trampın qərarına - SƏRT REAKSİYA

| Yurçeviç: Macarıstan və Slovakiya ilə oyunlarda qələbə istəyirik

| Yurçeviç: Macarıstan və Slovakiya ilə oyunlarda qələbə istəyirik

| “Real” futbol tarixinin ən bahalı transferinə hazırlaşır

| İsa Həbibbəyli: Təhsillə bağlı yeni qanun layihəsinin hazırlıqlarına başlanılıb

| İsrail Qəzzanı bombalayır

| Tramp Qolan təpələrini İsrailin ərazisi kimi tanıdı

| Parlamentin növbəti iclasının vaxtı məlum oldu

| Yurçeviçli millimiz ilk ev oyununa çıxdı

| Gəncədə iki maşın toqquşdu, yaralılar var - FOTO/VİDEO

| Bakıda bağ evlərinin qənimləri tutuldu - FOTO

| Əqli qüsurlu uşaq xüsusi əməliyyatla tapıldı - FOTO

| Cəlilabadda kütləvi dava: yaralı var