Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Uşaq pulu ilə sosial müavinət fərqlidir? - Deputat aydınlıq gətirdi

  11

Sosial müavinətlərin 30-40 növü var. Onlardan biri də uşaq pulu deyilən sosial müavinət növüdür. Yəni əslində, uşaq pulu elə sosial müavinət deməkdir. Sadəcə, sovetlər dövründə, həmçinin, yaşlı insanlar arasında uşaq pulu sözü işlədilirdi.

Bu baxımdan, uşaqlarla bağlı sosial müavinətlərin, uşaq pulunun bərpasının tərəfdarıyam. Bir şərtlə ki, bunun öncədən maliyyə tutumu, neçə il ərzində və nə qədər veriləcəyi ilə bağlı məsələlər tam araşdırılsın, sonra qərar verilsin.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət, həmçinin, Səhiyyə komitəsinin üzvü Musa Quliyev deyib.

O qeyd edib ki, ötən əsrin 90-cı illəri və 2000-ci illərin lap əvvəllərində Azərbaycanda uşaq pulu çox cüzi idi:

“Əslində, ona uşaq pulu da demək olmazdı, həmin pul heç nəyə yaramırdı. Ona görə də 2000-ci illərdə uşaq pulu ləğv olundu və o, ünvanlı sosial yardımla əvəzləndi. Daha doğrusu, maddi imkanları aşağı olan insanlar ünvanlı sosial yardım alarkən bu məsələ də onun içində həllini tapdı.

Onu da xatırladım ki, sovetlər dövründə və ondan bir qədər sonra uşaq pulları, sosial müavinətlər 0-6 yaş arasında olan uşaqlara verilirdi. İndi 0-3 yaş arasında uşaqlarla bağlı məsələ gündəmdədir və çox gözəl ideyadır.

Mən onu dəstəkləyirəm. Amma ola bilər ki, bu məsələ həllini tapacağı təqdirdə, o, 0-3 yox, 0-6 yaşlarında və ya ondan bir qədər yuxarı yaş həddində müəyyənləşdirilməlidir. Bu isə aparılacaq hesablamalardan, məsələnin maliyyə tutumunun müəyyənləşdirilməsindən və müvafiq qərarın, fərman və ya sərəncamın verilməsindən sonra məlum olacaq. İndidən bu barədə konkret nəsə demək çətindir”.

M.Quliyev qeyd edib ki, bu məsələ ilə bir daha dövlət öz vətəndaşına, öz gələcəyi olan nəslə, uşaqlara sahib çıxmış olur.

“Yəni dövlət deyir ki, bu uşaq sənin olduğun qədər həm də mənimdir. Onun sağlam, təhsilli, cəmiyyət üçün yararlı və faydalı böyüməsi sənin qədər mənim də vəzifəmdir, mənim də mənafeyimə uyğundur. Həm də bildiyiniz kimi, dünyada insan kapitalı deyilən bir anlayış var ki, o da üç hissədən ibarətdir: sağlam, təhsilli və zəngin insan.

Odur ki, Azərbaycan dövləti, dövlət başçısı daim bu məsələni dilə gətirir, öz insanını sağlam, təhsilli və zəngin görmək istəyini ortaya qoyur və zaman-zaman bu istiqamətdə addımlarını atır.

Bu baxımdan, uşaq pulunun bərpası, sosial müavinətin artırılması dövlətin öz gələcəyinə sahib çıxmasını bir daha açıq şəkildə ortaya qoyur”, - deyə M.Quliyev qeyd edib.

Həmçinin, əlavə edib ki, prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında 25 fevral tarixli sərəncamına əsasən, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinətin məbləğinin 150 manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) sosial müavinətin məbləğinin 100 manata, beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin hər uşaq üçün 55 manata, uşağın anadan olmasına görə sosial müavinətin məbləğinin 200 manata çatdırılması nəzərdə tutulub.

“Azərbaycan dövlətinin, dövlət başçısının atdığı addımlar və iradə göz önündədir. Odur ki, gələcəkdə uşaq pulunun bərpası və ya uşaqlarla bağlı sosial müavinətlər məsələsi də öz həllini tapa bilər.

Eyni zamanda, qeyd edim ki, əgər bu məsələ həllini taparsa, ünvanlı sosial yardım alan ailələrin uşaqları da bu hüquqdan yararlanmalıdırlar. Yəni onlar həm sosial müavinət, həm də ünvanlı sosial yardım almalıdırlar. Hər iki məsələ birlikdə həllini tapmalıdır”, - deyə millət vəkili əlavə edib.

Kamil HƏMZƏOĞLU

Xəbər Lenti

| Çavuşoğlu Qolan təpələri problemiylə bağlı Ərəb ölkələrini ittiham etdi

| Türkiyədə hava limanında atışma olub

| “Rüstəm kişi” onun son rolu idi, yaddaşlarda da elə qaldı

| “Rüstəm kişi” onun son rolu idi, yaddaşlarda da elə qaldı

| Roma Papasının kobudluğu hamını təəcübləndirdi - VİDEO

| Deputat yanğından danışdı: Bu artıq neçənci belə hadisədir

| Castin Biber dərin depressiyadadır - Musiqidən gedir

| Sahibə Qafarova: Danışıqlar bundan sonra uzun illər davam edə bilməz

| Ruhani: Tramp bütün beynəlxalq normaları pozub

| Kreml ABŞ-ın İsrailin xeyrinə çıxardığı qərarı pislədi

| Nurməhəmmədovdan Makqreqorun karyerasını bitirməsinə - REAKSİYA

| Venesuela gün ərzində iki dəfə işıqsız qaldı

| İlham Əliyev “Bakmil” stansiyasında

| Kardioloji cihazların ölümcül təhlükəsi aşkarlandı

| Azərbaycanlı gənc dəstəsi ilə Rusiyada supermarketi yardı

| Deputat: Vergilərlə sığorta ödənişləri arasında fərq olmalıdır

| Pentaqon “Tramp divarı”nın inşasını maliyyələşdirəcək

| Qadınların tarixi “kosmik gəzinti”si təxirə salındı - Skafandra görə

| Novruzdan sonrakı ilk iş günü hava necə olacaq?

| Tahir Mirkişili: O adamların dollarla kredit götürməsi qadağandır

| Nazirlik yanğında zəhərlənənlərin sayını açıqladı

| Makqreqor karyerasını bitirdi

| 27 yaşlı oğlan özünü asdı

| Şəkili kişilərdən marixuana götürüldü - FOTO

|

Musa Qasımlı: Ordumuzun gücü diplomatiyaya güc verir

| Yanğını söndürən zaman FHN əməkdaşı xəsarət aldı

| BŞİH əməkdaşları bayram günlərində niyə işə çağırılıblar?

| Kəmaləddin Heydərovla Səhlab Bağırov yanğın baş verən ərazidə

| ABŞ Yerin orbitində nüvə mühərrikini sınayacaq

| Vilayət Eyvazov hesabat verəcək

| Pompeo Azərbaycan xalqını təbrik etdi

| Bakıda güclü yanğın

| İngiltərə və Fransa darmadağın etdi, Portuqaliya yenə xal itirdi - VİDEO

| Suriyada üç rusiyalı hərbçi öldürülüb

| İsrail və HƏMAS razılaşdılar

| Çavuşoğlu: Trampın qərarı vəziyyəti gərginləşdirir

| Messidən sonra Ronaldu da zədələndi

| Gəncədə ata və oğulu maşın vurub

| Türkiyə millisi Moldovanı darmadağın etdi - VİDEO

| Göyçayda maşın yandı

| Suriya XİN-dən Trampın qərarına - SƏRT REAKSİYA

| Yurçeviç: Macarıstan və Slovakiya ilə oyunlarda qələbə istəyirik

| Yurçeviç: Macarıstan və Slovakiya ilə oyunlarda qələbə istəyirik

| “Real” futbol tarixinin ən bahalı transferinə hazırlaşır

| İsa Həbibbəyli: Təhsillə bağlı yeni qanun layihəsinin hazırlıqlarına başlanılıb

| İsrail Qəzzanı bombalayır

| Tramp Qolan təpələrini İsrailin ərazisi kimi tanıdı

| Parlamentin növbəti iclasının vaxtı məlum oldu

| Yurçeviçli millimiz ilk ev oyununa çıxdı

| Gəncədə iki maşın toqquşdu, yaralılar var - FOTO/VİDEO

| Bakıda bağ evlərinin qənimləri tutuldu - FOTO