Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Millət vəkili: Paşinyanın arqumenti o qədər qeyri-ciddidir ki, heç özləri də inanmır

  34

 

 

Ermənistanın danışıqlardan yayınmaq cəhdi baş tutmayacaq. Çünki Azərbaycan buna əsaslı imkan verməyəcək və ən son həyata keçirilən diplomatik həmlələr qısa müddətdə öz nəticələrini verməkdədir.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, politoloq Hikmət Babaoğlu işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin formatının dəyişdirilməsi, bu prosesə separatçı “DQR” rejimi rəhbərliyinin, Dağlıq Qarabağın erməni icmasının cəlb edilməsi təklifinə və bunun Azərbaycan prezidenti İlham Əliyev, o cümlədən, Xarici İşlər Nazirliyi (XİN) tərəfindən rədd edilməsinə, bu təklifin baş tutmasının qeyri-mümkünlüyü məsələsinə, həmçinin, ATƏT-in Minsk qrupunun həmsədrlər bəyanatına münasibət bildirərkən deyib.

O qeyd edib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatını elə bu kontekstdə qiymətləndirmək lazımdır:

“Məsələ ondadır ki, işğalçı Ermənistanın baş naziri Nikol Paşinyan hələ də regiondakı geostrateji reallığa öz siyasi illüziyası ilə yanaşır və hesab edir ki, heç bir əsası olmayan arqumentlər irəli sürməklə mövcud reallığı və beynəlxalq hüququ manipulyasiya edə biləcək”.

Millət vəkilinin sözlərinə görə, Paşinyanın seçkilərdə yalnız Ermənistan vətəndaşlarının iştirak etdiyi və ona görə Dağlıq Qarabağ adından danışıqlar aparmaq səlahiyyətinin olmadığı ilə bağlı arqumenti o qədər qeyri-ciddidir ki, belə arqumentlə Ermənistanı işğal məsuliyyətindən kənarda tuta biləcəyinə heç işğalçı ölkənin özündə inanmırlar. 

Politoloq bildirib ki, bu gün Ermənistanın bütün növ qoşun birləşmələri Azərbaycanın ərazisindədir və hər erməni təxribatı zamanı Azərbaycan əsgərinin şücaəti sayəsində məhv edilən düşmən əsgəri Ermənistan vətəndaşıdır:

“Paşinyan diplomatiyada autizm-simuliyasiya deyilən xəstəliyə düçar olub. Onun iddialarına özündən başqa heç kəs reaksiya vermir.

Azərbaycan Ermənistanın status-kvonu legitimləşdirmək cəhdlərinə yol verməyəcək. Bunun üçün hər şeydən əvvəl öz ordusunun, öz iqtisadiyyatının gücünə və beynəlxalq nüfuzuna arxalanır.

Həmsədrlərin son bəyanatı onların regionda Azərbaycanın nəyə qadir olması və problemin həlli ilə bağlı götürdükləri öhdəlikdən irəli gəlir. BMT Təhlükəsizlik Şurası həmsədrlərə vasitəçi kimi xüsusi mandatı ona görə verib ki, problemi həll etsinlər. Yoxsa bunu Azərbaycan vasitəçilərə ehtiyac qalmadan özü edəcək.

Təəssüf ki, həmsədrlər heç də hər zaman işğalçı Ermənistana lazımi təzyiq göstərmirlər və münaqişənin həlli uzanır”.

Kamil HƏMZƏOĞLU

Xəbər Lenti

| Türkiyədə hava limanında atışma olub

| “Rüstəm kişi” onun son rolu idi, yaddaşlarda da elə qaldı

| “Rüstəm kişi” onun son rolu idi, yaddaşlarda da elə qaldı

| Roma Papasının kobudluğu hamını təəcübləndirdi - VİDEO

| Deputat yanğından danışdı: Bu artıq neçənci belə hadisədir

| Castin Biber dərin depressiyadadır - Musiqidən gedir

| Sahibə Qafarova: Danışıqlar bundan sonra uzun illər davam edə bilməz

| Ruhani: Tramp bütün beynəlxalq normaları pozub

| Kreml ABŞ-ın İsrailin xeyrinə çıxardığı qərarı pislədi

| Nurməhəmmədovdan Makqreqorun karyerasını bitirməsinə - REAKSİYA

| Venesuela gün ərzində iki dəfə işıqsız qaldı

| İlham Əliyev “Bakmil” stansiyasında

| Kardioloji cihazların ölümcül təhlükəsi aşkarlandı

| Azərbaycanlı gənc dəstəsi ilə Rusiyada supermarketi yardı

| Deputat: Vergilərlə sığorta ödənişləri arasında fərq olmalıdır

| Pentaqon “Tramp divarı”nın inşasını maliyyələşdirəcək

| Qadınların tarixi “kosmik gəzinti”si təxirə salındı - Skafandra görə

| Novruzdan sonrakı ilk iş günü hava necə olacaq?

| Tahir Mirkişili: O adamların dollarla kredit götürməsi qadağandır

| Nazirlik yanğında zəhərlənənlərin sayını açıqladı

| Makqreqor karyerasını bitirdi

| 27 yaşlı oğlan özünü asdı

| Şəkili kişilərdən marixuana götürüldü - FOTO

|

Musa Qasımlı: Ordumuzun gücü diplomatiyaya güc verir

| Yanğını söndürən zaman FHN əməkdaşı xəsarət aldı

| BŞİH əməkdaşları bayram günlərində niyə işə çağırılıblar?

| Kəmaləddin Heydərovla Səhlab Bağırov yanğın baş verən ərazidə

| ABŞ Yerin orbitində nüvə mühərrikini sınayacaq

| Vilayət Eyvazov hesabat verəcək

| Pompeo Azərbaycan xalqını təbrik etdi

| Bakıda güclü yanğın

| İngiltərə və Fransa darmadağın etdi, Portuqaliya yenə xal itirdi - VİDEO

| Suriyada üç rusiyalı hərbçi öldürülüb

| İsrail və HƏMAS razılaşdılar

| Çavuşoğlu: Trampın qərarı vəziyyəti gərginləşdirir

| Messidən sonra Ronaldu da zədələndi

| Gəncədə ata və oğulu maşın vurub

| Türkiyə millisi Moldovanı darmadağın etdi - VİDEO

| Göyçayda maşın yandı

| Suriya XİN-dən Trampın qərarına - SƏRT REAKSİYA

| Yurçeviç: Macarıstan və Slovakiya ilə oyunlarda qələbə istəyirik

| Yurçeviç: Macarıstan və Slovakiya ilə oyunlarda qələbə istəyirik

| “Real” futbol tarixinin ən bahalı transferinə hazırlaşır

| İsa Həbibbəyli: Təhsillə bağlı yeni qanun layihəsinin hazırlıqlarına başlanılıb

| İsrail Qəzzanı bombalayır

| Tramp Qolan təpələrini İsrailin ərazisi kimi tanıdı

| Parlamentin növbəti iclasının vaxtı məlum oldu

| Yurçeviçli millimiz ilk ev oyununa çıxdı

| Gəncədə iki maşın toqquşdu, yaralılar var - FOTO/VİDEO

| Bakıda bağ evlərinin qənimləri tutuldu - FOTO

| Əqli qüsurlu uşaq xüsusi əməliyyatla tapıldı - FOTO