Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib

  33

 

 

Prezident İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb.

Oxu.Az-ın məlumatına görə, təbrik mətnində deyilir: 

“Hörmətli xanımlar!

Sizi – bütün Azərbaycan qadınlarını Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Milli varlığımızın ifadəsi olan zəngin mədəni-mənəvi irsimizin, ana dilimizin və adət-ənənələrimizin əsrlərdən bəri qorunub saxlanmasında Azərbaycan qadınlarının müstəsna xidməti vardır. Tariximizin mürəkkəb sosial-siyasi dəyişikliklərlə müşayiət olunduğu dövrlərdə onlar cəmiyyətin sarsılmaz mənəvi dayağına çevrilmişlər. XX yüzilliyin ilk onilliklərində, bəzi qabaqcıl ölkələrin qadınlarından daha əvvəl seçki hüququ qazanaraq ictimai və mədəni həyatın müxtəlif sahələrində fəal iştirak etmələri onların gələcək uğurlarının da rəhni olmuşdur. Qürurverici haldır ki, müsəlman Şərqində qadınlar arasında incəsənətin, elmin və texnikanın bir çox sahələri üzrə ilk addımı məhz mənəviyyatında milliliklə müasirliyin əsl vəhdətini yaratmış Azərbaycan qadını atmışdır.

Azərbaycan qadınları maarifpərvər sələflərinin davamçıları olaraq son yüz ildə ölkəmizin xüsusən təhsil, səhiyyə və mədəniyyət sistemlərinin yeni əsaslar üzərində qurulması işində əzmkarlıq göstərmiş və nailiyyətlərlə dolu parlaq bir yol keçmişlər. Onlar müstəqilliyin bərpasından sonra istiqlal ideallarına sədaqətlə milli dövlətçiliyin təməlinin möhkəmləndirilməsi və ölkəmizin hazırkı simasının müəyyənləşməsində mühüm rol oynamış, bu gün də bilik və bacarıqlarını dinamik inkişaf yolunda inamla irəliləyən respublikamızın iqtisadi, mədəni və elmi potensialının artırılmasına sərf edirlər. Yüksək ictimai mövqe və nüfuzları Azərbaycan qadınlarının hüquq və azadlıqlarının tam təmin edilməsinin nəticəsi olub, müasir həyatımızın ən əlamətdar hadisələrindəndir.

Əminəm ki, siz Azərbaycan xanımları ailə dəyərlərimizin bundan sonra da layiqincə yaşadılmasına çalışacaq, gənc nəslin Vətənə, torpağa məhəbbət, müstəqil dövlətçiliyə və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyəsinə böyük diqqət yetirəcək, ölkəmizin davamlı yüksəlişi naminə töhfələrinizi əsirgəməyəcəksiniz.

Hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Bayramınız mübarək olsun!”

Xəbər Lenti

| Türkiyədə hava limanında atışma olub

| “Rüstəm kişi” onun son rolu idi, yaddaşlarda da elə qaldı

| “Rüstəm kişi” onun son rolu idi, yaddaşlarda da elə qaldı

| Roma Papasının kobudluğu hamını təəcübləndirdi - VİDEO

| Deputat yanğından danışdı: Bu artıq neçənci belə hadisədir

| Castin Biber dərin depressiyadadır - Musiqidən gedir

| Sahibə Qafarova: Danışıqlar bundan sonra uzun illər davam edə bilməz

| Ruhani: Tramp bütün beynəlxalq normaları pozub

| Kreml ABŞ-ın İsrailin xeyrinə çıxardığı qərarı pislədi

| Nurməhəmmədovdan Makqreqorun karyerasını bitirməsinə - REAKSİYA

| Venesuela gün ərzində iki dəfə işıqsız qaldı

| İlham Əliyev “Bakmil” stansiyasında

| Kardioloji cihazların ölümcül təhlükəsi aşkarlandı

| Azərbaycanlı gənc dəstəsi ilə Rusiyada supermarketi yardı

| Deputat: Vergilərlə sığorta ödənişləri arasında fərq olmalıdır

| Pentaqon “Tramp divarı”nın inşasını maliyyələşdirəcək

| Qadınların tarixi “kosmik gəzinti”si təxirə salındı - Skafandra görə

| Novruzdan sonrakı ilk iş günü hava necə olacaq?

| Tahir Mirkişili: O adamların dollarla kredit götürməsi qadağandır

| Nazirlik yanğında zəhərlənənlərin sayını açıqladı

| Makqreqor karyerasını bitirdi

| 27 yaşlı oğlan özünü asdı

| Şəkili kişilərdən marixuana götürüldü - FOTO

|

Musa Qasımlı: Ordumuzun gücü diplomatiyaya güc verir

| Yanğını söndürən zaman FHN əməkdaşı xəsarət aldı

| BŞİH əməkdaşları bayram günlərində niyə işə çağırılıblar?

| Kəmaləddin Heydərovla Səhlab Bağırov yanğın baş verən ərazidə

| ABŞ Yerin orbitində nüvə mühərrikini sınayacaq

| Vilayət Eyvazov hesabat verəcək

| Pompeo Azərbaycan xalqını təbrik etdi

| Bakıda güclü yanğın

| İngiltərə və Fransa darmadağın etdi, Portuqaliya yenə xal itirdi - VİDEO

| Suriyada üç rusiyalı hərbçi öldürülüb

| İsrail və HƏMAS razılaşdılar

| Çavuşoğlu: Trampın qərarı vəziyyəti gərginləşdirir

| Messidən sonra Ronaldu da zədələndi

| Gəncədə ata və oğulu maşın vurub

| Türkiyə millisi Moldovanı darmadağın etdi - VİDEO

| Göyçayda maşın yandı

| Suriya XİN-dən Trampın qərarına - SƏRT REAKSİYA

| Yurçeviç: Macarıstan və Slovakiya ilə oyunlarda qələbə istəyirik

| Yurçeviç: Macarıstan və Slovakiya ilə oyunlarda qələbə istəyirik

| “Real” futbol tarixinin ən bahalı transferinə hazırlaşır

| İsa Həbibbəyli: Təhsillə bağlı yeni qanun layihəsinin hazırlıqlarına başlanılıb

| İsrail Qəzzanı bombalayır

| Tramp Qolan təpələrini İsrailin ərazisi kimi tanıdı

| Parlamentin növbəti iclasının vaxtı məlum oldu

| Yurçeviçli millimiz ilk ev oyununa çıxdı

| Gəncədə iki maşın toqquşdu, yaralılar var - FOTO/VİDEO

| Bakıda bağ evlərinin qənimləri tutuldu - FOTO

| Əqli qüsurlu uşaq xüsusi əməliyyatla tapıldı - FOTO