Müraciətimizin qəbul olunacağını gözləyirəm



 

Azərbaycanlı gənclər Gürcüstan Prezident Administrasiyasında

 Bir müddət əvvəl Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov Prezident Salome Zurabişviliyə müraciət edərək gürcü dilini və xarici dilləri bilən, ali təhsilli azərbaycanlı gənclərin Prezident Administrasiyasında işə cəlb olunmalarını təklif etmişdi. Məsələyə daha geniş şəkildə aydınlıq gətirməsi üçün GAK sədri Hüseyn Yusubovla əlaqə saxladıq.

-Hüseyn müəllim, Prezident Salome Zurabişviliyə etdiyiniz müraciət və irəli sür-düyünüz təklif təqdirəlayiqdir. Bundan öncəki prezidentlərə və digər səlahiyyət sahiblərinə belə bir təkliflə müraciət etmişdiniz, yoxsa bu ilk dəfədir?

-Bəli, müraciətlərim olub. Lakin bir qədər fərqli məsələlərlə bağlı idi. Georgi Marqvelaşvili prezidentliyi dönəmində 26 fevral tarixində Marneuliyə gəlmişdi. Gənclərimizi həmin tədbirə hazırladım və göndərdim. Gənclər Georgi Marqvelaşviliyə təklif etdilər ki, Xocalı Şəhidlərini 1 dəqiqəlik sükutla yad edək. Lakin bu təklifi G.Marqvelaşvili qəbul etmədi. Məhz buna görə,  həmin vaxt ona açıq müharibə elan etdim.

-İndiyədək hansısa bir azərbaycanlı belə bir təkliflə çıxış edibmi?

-Xeyir, sözügedən məsələ ilə bağlı bu bizim azərbaycanlı olaraq ilk müraciətimizdir.

-Sizcə məsələ həllini tapacaq?

Məntiqə görə mü-raciətimizin uğurlu sonluqla bitəçəyini gözləyirəm. Mən onlara ən azı əlli nəfər perspektivli gəncimizi təqdim edəcəm. Hansı biri seçilərsə, bu həm də mənim sevincimə səbəb olacaq. Gürcüstan prezidenti Salome Zurabişvili bizim müraciətimizə müsbət cavab verdi və soydaşlarımızın Prezident Administrasiyasında və digər dövlət, hökumət strukturlarında işlə təmin olunması təklifini müsbət dəyərləndirdi.

Bizə cavab olaraq Administrasiyadan göndərilən məktubda deyilir ki, dövlət başçısı gürcü dilini mükəmməl bilən, ali təhsilli gənclərin dövlət strukturlarında işlə təmin olunmasında maraqlıdır. Bu baxımdan Administrasiya Konqres rəhbərliyi ilə görüşüb məsələni dərindən müzakirə etmək istəyir və azərbaycanlı gəncləri müsabiqəyə dəvət edir.

Qarşıda görüşlərimiz olacaq. Zənnimcə Marneuli və Qardabani deyil, digər bölgələrdən olan gənclərimiz qəbul olunarlar. Çünki digərlərinin heç olmasa parlamentdə təmsilçiliyi var.

Şahnaz Salehqızı