“Az-Granata” MMC-nin konyakı daha iki vətəndaşı zəhərlədi - FOTO



 

Direktor Rövşən Fərhadov isə qanunsuz əməllərini davam etdirir 

Dəfələrlə “Az-Granata”MMC-nin şirə və spirtli içkilər istehsal edən zavodunun rəhbərliyinin qanunsuz əməllərindən bəhs edilib. Lakin, zavod rəhbərliyi öz fəaliyyətində dönüş etmək yerinə Realliq.info – nu ittiham etməkdən çəkinməyib. “Az-Granata”MMC-nin direktoru Fərhadov Rövşən Tacəddin oğlunun saytımıza ünvanladığı məktubda və məhkəməyə təqdim etdiyi iddia ərizəsində insanların zəhərlənməsi ilə bağlı faktları təkzib edir və bildirir ki, onların can alan məhsulları sağlamlığa ziyan vurmur. Lakin MMC direktoru satdığı məhsulların həyat üçün nə qədər təhlükəli olduğu gerçəkliyini anlamaq istəmir. Pul qazanmaq üçün insanların həyatına təhlükə yaradan Rövşən Fərhadov və digər məsul şəxslərin cəzalandırılması artıq vacib şərtə çevrilib. Ümid edirik ki. Realliq.info – da işıq üzü görən yazılar Respublika Baş prokurorluğu tərəfindən ciddi araşdırılacaq və qanuni tədbirlər görüləcək.

Bu gün daha iki vətəndaşın sosial şəbəkədə “Az-Granata”MMC – nin məhsullarından zəhərlənməsi ilə bağlı məlumat yayılıb. Məlumatı, “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov öz şəxsi səhifəsində yayımlayıb. Birliyin sədrinə müraciət edən vətəndaş aidiyyatı qurumlardan kömək istəyir. Həmin müraciəti olduğu kimi diqqətinizə çatdırırıq.

"Ərizəni diqqətinizə çatdırıram.
( Şikayətçinin verdiyi məlumata görə konyakın nümunəsi istehsalçı tərəfindən ekspertizaya götürülmüşdür. Nəticələr bizə təqdim olunarsa, açıqlama veriləcəkdir)
“Azad İstehlakçılar” İctimai Birliyinin sədri 

Eyyub Hüseynova 
Bakı şəhəri Bayıl qəsəbəsi Q.Abbasov küçəsi ev 19 mənzil 14 
Hümbətov Seyfəli Dadaş oğlu tərəfindən (Tel: 050/070 345 62 16)

Ərizə



28.10.2017 tarixdə qohumum Əzizov Eminlə birlikdə Batamdar qəsəbəsində yerləşən “Bizim market” (012 579 40 80) dükanından 10.9 AZN ödəyərək Ağsu rayonunun Pir Həsənli kəndində “Az-Granata” MMC-nin tərəfindən istehsalı olan 0.5-lik “Xaqan” konyakı aldım.Axşamüstü evimdə konyakı içdikdə konyak dadına bənzəməyən acılıq və yanğı təsir hissini duyduq.2 nəfərə cəmi 300 qr içdikdən sonra artıq içə bilmədik.

Kanyakın etiketində “Saxlanma müddəti məhdud deyil” yazılıb.Sizdən dəfələrlə eşitmişəm ki, konyakın satışın saxlanma müddəti 3 ildir.Gecə saatlarında hər ikimizin ağız boşluğunda, damaqda, boğazda sanki yanmış kimi ağrılar başladı.Telefonla zəngləşdik.Məlum oldu ki, hər ikimizdə eyni əlamətli ağrılar və yanıq hissi var.Ağız boşluğunu yaxalamaq üçün apteklərdə satılan vasitələrdən istifadə etsək də,nəticələr olmadı, ağrılar davam etdi.Bu günə kimi ağız boşluğumuzda yanğılar davam edir. Biz “Az-Granata”nın malının keyfiyyətli olacağına inanıb bu konyakı aldıq, lakin sağlamlığımıza ciddi zərər dəydi.
Xahiş edirəm bu sahədə tədqiqat aparasınız,malı ekspertizaya göndərəsiniz, sağlamlığımıza dəymiş 100 AZN ödənilsin,bu mal barədə dövlət orqanlarına və KİV-ə məlumat verilsin.

İmza: Hümbətov Seyfəli
Tarix: 31.10.2017”
Mövzuya qayıdacağıq.
Mənbə. Realliq.info

“Az-Granata” MMC-nin konyakı daha iki vətəndaşı zəhərlədi
“Az-Granata” MMC-nin konyakı daha iki vətəndaşı zəhərlədi