Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev səyyar qəbul - görüşlər keçirib



 

Fevralın 5-də  əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayevin 2-ci Şahsevən kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.

Hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi görüşdə rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra hakimiyyəti başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür səyyar qəbul-görüşlərin önəmli olduğunu bildirdi.

Kənd sakinləri çıxış edərək əhalinin həyat şəraiti,  ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, problemlərin daim diqqət mərkəzində saxlanılmasından razılıqlarını ifadə ediblər. Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev  vətəndaşların qaldırdıqları məsələləri nəzarətə götürərək həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Kəbirli kəndində görüş.

31.01.2019-cu il tarixdə Beyləqan rayonunun Kəbirli kəndində “Azərişıq” ASC “Aran” Regional Elektrik Təchizatı İdarəsi ilə birlikdə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayev açaraq bildirdi ki, ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyasət, həyata keçirilən islahatlar, regionların sosial-iqtisadi inkişafı proqramı respublikamızın inkişaf dinamikasını daha da sürətləndirir. Bütün sahələrdə olduğu kimi elektrik təsərrüfatlarının yenidən qurulması da bu inkişaf dinamikasına öz töhfəsini verməkdədir. Aparılan işlər Aran regionunda kənd təsərrüfatının, aqrar sənaye komplekslərinin dayanıqlı elektrik təchizatının təmin edilməsinə yönəlib.

Tədbirdə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev çıxış edərək qeyd etdi ki, Beyləqan rayonunda 110 kilovoltluq (kV) hava xətlərində aparılan səmərəli işlər nəticəsində rayonun Kəbirli, Birinci Şahsevən, Mil yaşayış məntəqələrində kabelləşmə işləri davam etdirilir.Görülən işlər nəticəsində yüzlərlə fermer təsərrüfatı, sahibkarlıq obyektləri, minlərlə hektar kənd təsərrüfatı sahələrinin suvarma sistemləri, eləcə də Beyləqan rayon əhalisi fasiləsiz elektrik enerjisi ilə təmin olunur.

Tədbirin sonunda Kəbirli kənd sakinləri çıxış edərək, əhalinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərə görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildirdilər.

 Bayonunda 2 fevral “Gənclər günü” münasibətilə tədbir keçirilib

 31 yanvar 2019-cu il tarixdə Beyləqan rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 2 fevral “Gənclər günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin məsul işçiləri, Gənclər və İdman idarəsinin kollektivi, aidiyyatı idarə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak etmişlər. Tədbirdə il ərzində fərqlənən gənclər diplomlarla mükafatlandırılmışdır.

İcra başçısının Allahyarlı kəndində səyyar görüş - qəbulu kecirilib.

31 yanvar 2019-cu il tarixdə Beyləqan rayonun Allahyarlı kəndində əhalinin problemlərinin yerində həlli məqsədilə rayon icra hakimiyyəti başçısının səyyar qəbulu keçirilmişdir.

Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, kənd sakinləri və ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər  iştirak etmişdir. Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.

Görüşdə söz istəyən hər bir vətəndaşın müraciəti dinlənilib. Sakinlər çıxış edərək əhaliyə göstərilən diqqət və qayğıdan danışaraq qaz, işıq problemlərinin köklü həll olunmasının onların rahat yaşamasını təmin etdiyini bildiriblər. Bundan başqa Allahyarlı kəndi ilə rayon mərkəzini birləşdirən avtomobil yoluna asfalt örtüyünün çəkilməsi, Allahyarlı kənd tam orta məktəbin əsaslı təmir edilməsi, ərazidə dren kanalların  lildən təmizlənməsi barədə məsələlər qaldırılıb.

Qaldırılan məsələlər barədə aidiyyəti təşkilatlara tapşırıqlar verilib.

Rayon icra hakimiyyətinin başçısı cənab Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirdirdi.

Allahyarlı kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.

 Murtuza Abbasov