“Məndən güclü idi, bıçaqladım onu...”



 

Bakı Ağır Cinayətlər Məhkəməsində sevdiyi qızın keçmiş sevgilisini öldürməkdə təqsirləndirilən Teymur Sadıqovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin icraatında olan prosesdə T.Sadıqov qətlə yetirdiyi Taleh Babazadənin söyüş söydüyünü deyib: “Bu hadisədən bir gün əvvəl görüşmüşdük. Onun Vüsalə ilə arasında olan əlaqəni sonradan bildim. Taleh üzr istədi, söhbəti bağladıq. Gecə yenə zəng etdi ki, gəl görüşək, Vüsalə getməyə qoymadı. Səhər təkrar zəng etdi, gəlməcəyimi deyəndə məni söydü. Görüşə getdim, mübahisəmiz düşdü. Taleh məndən güclü idi, bıçağı çıxarıb vurdum. Yarasından qan gəldi, maykamı çıxarıb bağladım. Sonra ordan uzaqlaşdım”.

İttihama görə, T.Sadıqov 2017-ci il iyunun 27-də Sumqayıt şəhərində əvvəllər məhkum olunmuş T.Babazadəni bıçaqlayaraq öldürüb. 

Murad Əhməd