Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

2019-cu ilin “Nəsimi İli” elan edilməsi təsadüfi deyil - ŞƏRH

  17

Ölkə prezidenti İlham Əliyev tərəfindən 2019-cu ilin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə və əziz xatirəsinə ehtiram əlaməti olaraq, “Nəsimi İli” elan edilməsi çox müsbət və təqdirəlayiq addımdır.

Hər bir kəs, bütün Azərbaycan xalqı bu addımı çox yüksək dəyərləndirir. Bu, ölkə prezidentinin, Azərbaycan dövlətinin sözə, yaradıcılığa, ədəbiyyata, Azərbaycan mədəniyyətinə verdiyi dəyərin növbəti göstəricisi və nümunəsidir.

Bunu Oxu.Az-a açıqlamasında filologiya elmləri doktoru, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

O qeyd edib ki, 2019-cu ilin “Nəsimi İli” elan edilməsi səbəbsiz və təsadüfi deyil.

Onun sözlərinə görə, bu il böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur.

Komitə sədri qeyd edib ki, ötən ilin noyabr ayının 19-da Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) Nəsiminin büstünün təntənəli açılış mərasimi olub.

Bu isə Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Moskvada keçirilən “Nəsimi - poeziya, incəsənət və mənəviyyat festivalı” çərçivəsində baş tutub.

“Ümumiyyətlə, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır.

O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalıb və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirib.

Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.

Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edib. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri var.

Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir.

Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərib.

Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır”, - deyən J.Əliyevanın xatırlatdığına görə, məhz H.Əliyevin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirləri siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub.

“Həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılıb.

Nəsiminin yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir.

Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsiminin yaddaqalan obrazı yaradılıb, eyniadlı gözəl bədii film çəkilib, həmçinin, Bakının mərkəzində şairin əzəmətli heykəli ucaldılıb, Bakının ən böyük və  mərkəzi rayonlarından biri uzun illərdir onun adını daşıyır.

Bununla belə, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu da Nəsiminin adınadır. Bütün bunlar onu bir daha sübut edir ki, Nəsimi yaradıcılığı, Nəsimi şəxsiyyəti hər zaman diqqətdə olub və bu gün elan edilən “Nəsimi İli” də bu diqqətin məntiqi davamıdır”, - deyə J.Əliyeva bildirib.

Kamil HƏMZƏOĞLU

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Xəbər Lenti

| İngiltərə klubu əfsanəvi futbolçuya tapşırıldı

| Sabunçuda yanğın olub

| Ərəb ölkələrindən gözlənilməz qərar

| Məmmədyarov Ananda məğlub oldu

| Yaponiya Kuril adalarının bir hissəsinə razılaşdı

| Azərbaycan klubu Serbiya komandasına uduzdu

| “Tottenhem” son dəqiqələrdə qələbə qazandı - VİDEO

| Malidə BMT sülməramlıları qətlə yetirildi

| Tibetdə güclü zəlzələ olub

| Rusiya İdlibə zərbə endirdi, ölən və yaralananlar var

| Putinin köməkçisindən Tokioya sərt mesaj

| DİN-dən Şəhidlər Xiyabanındakı insidentə münasibət

| Afinada iğtişaşlar: 10 polis yaralandı

| Tramp amerikalılara səsləndi: Ehtiyatlı olun, evdən çıxmayın

| İsrail qırıcıları Dəməşq aerportuna hücum edib

| Üç ailənin yaşadığı ev yanıb

| UEFA yeni topu təqdim etdi

| Əfqanıstanda qubernatora bombalı hücum olub

| BƏƏ və Səudiyyə Ərəbistanı birgə kriptovalyuta yaradacaqlar

| 27 ildən sonra Şəhid statusu alan Şövkət Ağayevin ailə dramı - FOTO

| BƏƏ və Səudiyyə Ərəbistanı birgə kriptovalyuta yaradacaqlar

| Zaqatalada oğru dəstəsi tutulub

| Azərbaycan 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir - VİDEO

| Dubayda magistrallarından biri “EXPO-2020” adlandırılıb

| İmişlidə yol qəzası nəticəsində bir nəfər ölüb

| Macarıstanda etiraz aksiyaları başlayıb

| Oğuzda avtomobil qəzası olub, xəsarət alanlar var

| 20 Yanvar faciəsi Türkiyə televiziyasında - VİDEO

| 27 ildən sonra Şəhid statusu alan Şövkət Ağayevin ailə dramı - FOTO

| Güllə qoluna, qarnına tuş gəlib, amma bildirməyib - MÜSAHİBƏ

| Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir

| 27 ildən sonra Şəhid statusu alan Şövkət Ağayevin ailə dramı - FOTO

| Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilir - FOTOREPORTAJ

| Sabaha olan hava proqnozu

| Bakıda avtobus yaşlı qadını vuraraq ağır xəsarət yetirib

| İranda 12 yük vaqonu relsdən çıxdı

| Şəhidlərimizin xatirəsi anıldı

| Türkiyədə batan gəminin azərbaycanlı kapitanının meyiti tapıldı

| Güllə qoluna, qarnına tuş gəlib, amma bildirməyib - MÜSAHİBƏ

| Meksikada 76 nəfər boru kəmərinin partlaması nəticəsində ölüb

| Komitə sədri: Bəzi qruplar ölkədə qarşıdurma yaratmağa cəhd edirlər

| Erkal Özoral: Bu, yalnız Azərbaycanın deyil, bütün türk dünyasının qürur günüdür

| Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir

| Paytaxda yaşayış binasında yanğın

| İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

| Ağsuda zəlzələ olub

| 20 yanvar xatirələri: Dostlarım gözümün qarşısında can verdi - VİDEO

| “Tata Steel Masters-2019” şahmat turnirinin səkkizinci turu başlayır

| Qanlı və Şanlı 20 Yanvar!

| 20 Yanvar 1990 - FOTO

| Bioenergetik: Azərbaycan kosmos tərəfindən qorunur

| 20 Yanvar 1990 - FOTO