Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Sevinc Fətəliyeva: İşğalçı dərk edir ki, bu, onların sonu ola bilər

  45

Prezident İlham Əliyevin diplomatik səyləri nəticəsində işğalçı Ermənistan küncə sıxışdırılmış  və təcrid vəziyyətdə qalmaqda davam edir. İndi bütün beynəlxalq təşkilatların sənədlərində Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi göstərilir.

Prezidentimizin hücum diplomatiyasına uyğun olaraq Heydər Əliyev Fondunun fəal işi nəticəsində Xocalı soyqırımı dünyanın ondan çox ölkəsinin parlamenti, eləcə də, ABŞ-ın iyirmidən artıq ştatı tərəfindən tanınıb. Dünyanın nüfuzlu ekspertlərinin hesab etdiyi kimi, Ermənistanın mövqeyi xeyli zəiflədilib.

Hətta işğalçı dövlətə bir vaxtlar havadarlıq etmiş ölkələrin regional məsələlərdə məhz Azərbaycan prezidenti ilə məsləhətləşməyə üstünlük vermələri və paralel olaraq Ermənistanı perspektivsiz ölkə hesab etmələri onun oyundan kənarda qalmasına səbəb olub. 

Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədr müavini Sevinc Fətəliyeva deyib.

O qeyd edib ki, İslam Əməkdaşlığı Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıyan qətnamə və qərarlarına Ermənistan tərəfindən məhəl qoyulmasa da, aprel döyüşlərində və Cünnüt əməliyyatında aldığı zərbə ona böyük dərs olub. 

“İndi işğalçı dövlət çox yaxşı dərk edir ki, Azərbaycana qarşı növbəti belə təxribat uğursuz nəticələnəcək və bu, onların sonu ola bilər. Münaqişənin həllinə dair ədalətli mövqe Azərbaycanın Qoşulmama Hərəkatına üzv olmasından sonra zirvə toplantıları və xarici işlər nazirləri səviyyəsində qəbul olunan sənədlərdə də davamlı şəkildə öz təsbitini tapır. Qoşulmama Hərəkatının XVII Zirvə toplantısının mühüm nəticələrindən biri də Hərəkata üzv dövlətlərin yekdil razılığı ilə 2019-2022-ci illərdə sədrliyin Azərbaycana verilməsi və 2019-cu ildə XVIII Zirvə toplantısının Azərbaycanda keçirilməsi qərarıdır.

Ölkəmizə olan etimadın və onun artan nüfuzunun göstəricisidir ki, təsisata qısa müddət ərzində üzv olmağımıza baxmayaraq, ölkəmizin sədrliyi yekdilliklə dəstəklənib. Düşünürəm ki, ölkəmizin sədrliyi müddətində bir çox məsələlərin həlli istiqamətində müsbət nəticələr əldə olunacaq.

Beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində əsaslı rol oynayan bu Hərəkatın prinsiplərinə uyğun olaraq, Azərbaycan dünyada sülhün bərqərar olmasına öz töhfəsini verəcək”, - deyə S.Fətəliyeva əlavə edib.

Kamil HƏMZƏOĞLU

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Xəbər Lenti

| Azərbaycana yaz gəldi

| Bakının mərkəzində avtobus yandı

| Nəhəng dalğa turisti havaya uçurdu - VİDEO

| Yeni Zelandiyada avtomatların satışı qadağan olunacaq

| Türkmənistan blokada elan etdi: Tacikistan Azərbaycana üz tutdu

| Gəncədə avtomobil piyadanı vurub öldürdü

| Samuxda ər arvadının qanını tökdü

| Xorvatiyanın müdafiəsində problemlər var - Millimizin baş məşqçisi danışdı

| Göyçayda gənc faciəvi şəkildə öldü

| FED uçot dərəcəsi ilə bağlı qərar qəbul etdi

| Qazaxlar etiraz edirlər - Astananın adı dəyişdirilməsin

| İşdə siyasət

| Luka Modriç: Azərbaycan çox təhlükəli komandadır

| Bakıda Novruz tonqalları alovlandırıldı - VİDEO

| Millimiz səfərdə Rusiyaya uduzmadı - Final Yerevanda olacaq

| Xınalıq yolunda qar uçqunu baş verib

| Təyyarə qasırğa zamanı “asfaltda batdı” - VİDEO

| Xaricdə yaşayan azərbaycanlılar Novruzu necə qeyd edirlər? - FOTO

| Rusiyalılardan Balidə film kimi cinayət - iki ölü

| ​Di Kaprio və Bred Pittin baş rolda çəkildikləri filmin treyleri yayıldı - VİDEO

| İlham Əliyev Kasım-Jomart Tokayevə məktub göndərdi

| Zurabişvili azərbaycanlı deputatla yumurta döyüşdürdü - FOTO

| Göyçayda hər gün 65 ton məhsul satışa çıxarılan yarmarka açıldı

| Türkiyədə terrorçularla əlaqəli olan azərbaycanlı saxlanıldı

| Elçin Quliyev bayramı iranlı həmkarı ilə qeyd edəcək

| İlham Əliyev Nursultan Nazarbayevə zəng etdi

| İlham Əliyev Qazaxıstanın yeni prezidentini təbrik etdi

| Vergilər Nazirliyi “Veysəloğlu”nu 2 milyon manat cərimələdi

| Qazaxıstan parlamenti Astananın Nursultan adlandırılmasına səs verdi

| Şamaxıya qar yağdı - FOTO

| Azərbaycanlı rusiyalı məktəbli ilə evlənməklə cəzadan qurtula bildi

| Azərbaycanda illərin sınağından çıxmış adətin sirri

| Nazarbayevin qızı Qazaxıstan Senatının sədri seçildi

| Səməni halvası belə hazırlanır - VİDEO

| Bakı-Şamaxı yolunda DYP maşını aşıb, xəsarət alan var - VİDEO

| Türkiyədə güclü zəlzələ oldu

| SOCAR Rumıniyaya yatırdığı investisiyanın məbləğini açıqladı

| Xızıda “şübhəli” 110 toyuq aşkarlandı

| Qazaxda bir gecədə üç nəfəri bıçaqladılar

| Peşə təhsili müəssisələrində ödənişli və pulsuz təhsil - QƏRAR

| Sabaha olan hava proqnozu açıqlandı

| Bakının mərkəzində Kosa və Keçəlin rəqsi - VİDEO

| Fərdi evlərin sənədləşdirilməsi sığorta və vergi yığımını artıracaq

| Bakıda ana və qızını maşınla vuraraq qaçan sürücü tutuldu

| Zakir Həsənov Pakistanda paradda iştirak edəcək

| Yeni prezident Astananı Nursultan adlandırmağı təklif etdi

| Nə qədər avtomobil gətiririk, nə qədər istehsal edirik?

| İlham Əliyev: Bu, Ermənistana birmənalı ciddi siqnaldır

| Polis olmaq istəyənlərin nəzərinə

| İş müsahibəsinin 7 qaydası

| Bakıda yağışlı hava qəzaya səbəb oldu - VİDEO

| İxtisasların sayı artırılıb, bəzilərinin adı dəyişdirilib - QƏRAR

| Bu il üçün balıq ovunun kvotası müəyyənləşdi

| Bakıda 22 yaşlı piyadanı maşın vurdu

| Azərbaycan prezidenti: İslahatlar dərinləşəcək

| Bakıda qonşuların davası qanla bitdi - VİDEO

| İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi