Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Dilqəm Əsgərovun oğlu: Atamı bizdən gizlədirlər

  15

Erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bir ildən çoxdur ki, atasından heç bir xəbər, məktub almadığını deyir.

Oxu.Az-ın xəbərinə görə, o, “Sputnik Azərbaycan”a açıqlamasında bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları onun müraciətlərinə hər dəfə eyni cavabı verir.

“2017-ci ilin noyabrın 1-də yazılan sonuncu məktubu Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları bizə təqdim ediblər. Əfsuslar olsun ki, həmin tarixdən etibarən atamdan heç bir məktub almamışıq. Bizim onunla canlı video-bağlantı etmək istəyimiz də müsbət cavablandırılmır. Mütəmadi olaraq məsələ ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarına müraciət edirəm. Müraciətlərimə cavab olaraq bildirirlər ki, “sənin atan özü məktub yazmaq, video göndərmək istəmir”, - K.Əsgərov bildirib.

“Mən buna inanmıram. Düşünürəm ki, bu, cəfəngiyyatdır. Atam yaşlı və xəstə adamdır. Yəqin, atamın səhhətində problemlər var ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları ondan video gətirməyiblər. Görünür, atamın vəziyyəti o qədər pisdir ki, o, məktub belə yaza bilmir. Ona görə də ondan məktub yoxdur”, – deyə o əlavə edib.

Dilqəm Əsgərovun oğlu beynəlxalq təşkilatların bu məsələyə diqqətsizliyindən də gileylənib.

K.Əsgərov atasının məktub yazmamasına inanmadığını israrla vurğulayıb:

“Atam girov düşdükdən sonra həmişə bizə məktub yazıb. Hazırda Azərbaycanda saxlanılan erməni diversant Arsen Baqdasaryan ailəsi ilə “Skype” vasitəsilə danışmaq imkanına malikdir və o, bundan mütəmadi olaraq istifadə edə bilir. Onun saxlanılma şəraiti yaxşıdır, səhhətində heç bir problem yoxdur, ailələri ona ərzaq, paltar göndərə bilir. Lakin bizə həmin şərait yaradılmır. Mən atamın öz dilindən eşitmək istəyirəm ki, o, yaxşıdır, durur, hərəkət edir. Nəyə görə Beynəlxalq Qırımızı Xaç Komitəsinin əməkdaşları bunu yerinə yetirmir?”

O, atasından aldıqları sonuncu məktub barədə də məlumat verib:

“Atam sonuncu məktubunda ona, icazə olacağı təqdirdə, bəzi ərzaqların göndərilməsini istəmişdi”.

O vurğulayıb ki, onun 2018-ci ildə atasının girovluqdan azad ediləcəyi ilə bağlı çox böyük ümidləri var idi:

“Mən inanırdım ki, atamgil girovluqdan azad oluna bilər. Əfsuslar olsun ki, Paşinyan hökuməti Azərbaycan Respublikasının təklif etdiyi “hamının-hamıya” dəyişdirilməsi təklifindən imtina etdi. Bu məsələ hazırda prezident İlham Əliyevin nəzarətindədir. Xarici İşlər Nazirliyi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komitəsi bu istiqamətdə iş aparır. Lakin çox təəssüflər olsun ki, beynəlxalq qurumlar, təşkilatlar bu işlə bağlı Ermənistan tərəfinə təzyiqlər göstərmir. Ümid edirəm ki, bu məsələ 2019-cu ildə öz həllini tapacaq”.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Xəbər Lenti

| İngiltərə klubu əfsanəvi futbolçuya tapşırıldı

| Sabunçuda yanğın olub

| Ərəb ölkələrindən gözlənilməz qərar

| Məmmədyarov Ananda məğlub oldu

| Yaponiya Kuril adalarının bir hissəsinə razılaşdı

| Azərbaycan klubu Serbiya komandasına uduzdu

| “Tottenhem” son dəqiqələrdə qələbə qazandı - VİDEO

| Malidə BMT sülməramlıları qətlə yetirildi

| Tibetdə güclü zəlzələ olub

| Rusiya İdlibə zərbə endirdi, ölən və yaralananlar var

| Putinin köməkçisindən Tokioya sərt mesaj

| DİN-dən Şəhidlər Xiyabanındakı insidentə münasibət

| Afinada iğtişaşlar: 10 polis yaralandı

| Tramp amerikalılara səsləndi: Ehtiyatlı olun, evdən çıxmayın

| İsrail qırıcıları Dəməşq aerportuna hücum edib

| Üç ailənin yaşadığı ev yanıb

| UEFA yeni topu təqdim etdi

| Əfqanıstanda qubernatora bombalı hücum olub

| BƏƏ və Səudiyyə Ərəbistanı birgə kriptovalyuta yaradacaqlar

| 27 ildən sonra Şəhid statusu alan Şövkət Ağayevin ailə dramı - FOTO

| BƏƏ və Səudiyyə Ərəbistanı birgə kriptovalyuta yaradacaqlar

| Zaqatalada oğru dəstəsi tutulub

| Azərbaycan 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir - VİDEO

| Dubayda magistrallarından biri “EXPO-2020” adlandırılıb

| İmişlidə yol qəzası nəticəsində bir nəfər ölüb

| Macarıstanda etiraz aksiyaları başlayıb

| Oğuzda avtomobil qəzası olub, xəsarət alanlar var

| 20 Yanvar faciəsi Türkiyə televiziyasında - VİDEO

| 27 ildən sonra Şəhid statusu alan Şövkət Ağayevin ailə dramı - FOTO

| Güllə qoluna, qarnına tuş gəlib, amma bildirməyib - MÜSAHİBƏ

| Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir

| 27 ildən sonra Şəhid statusu alan Şövkət Ağayevin ailə dramı - FOTO

| Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilir - FOTOREPORTAJ

| Sabaha olan hava proqnozu

| Bakıda avtobus yaşlı qadını vuraraq ağır xəsarət yetirib

| İranda 12 yük vaqonu relsdən çıxdı

| Şəhidlərimizin xatirəsi anıldı

| Türkiyədə batan gəminin azərbaycanlı kapitanının meyiti tapıldı

| Güllə qoluna, qarnına tuş gəlib, amma bildirməyib - MÜSAHİBƏ

| Meksikada 76 nəfər boru kəmərinin partlaması nəticəsində ölüb

| Komitə sədri: Bəzi qruplar ölkədə qarşıdurma yaratmağa cəhd edirlər

| Erkal Özoral: Bu, yalnız Azərbaycanın deyil, bütün türk dünyasının qürur günüdür

| Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir

| Paytaxda yaşayış binasında yanğın

| İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

| Ağsuda zəlzələ olub

| 20 yanvar xatirələri: Dostlarım gözümün qarşısında can verdi - VİDEO

| “Tata Steel Masters-2019” şahmat turnirinin səkkizinci turu başlayır

| Qanlı və Şanlı 20 Yanvar!

| 20 Yanvar 1990 - FOTO

| Bioenergetik: Azərbaycan kosmos tərəfindən qorunur

| 20 Yanvar 1990 - FOTO