Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com
AZ Ru En

“Gömrüyün Çovdarovu” – Əbülfəz Məlikov həbs oluna bilər

  16

Dövlət Gömrük Komitəsinin Akif Çovdarovu kimi məşhurlamış “Broker” MMC rəhbəri Əbülfəz Məlikov həbs oluna bilər.

RealMedia.az bildirir ki, Gömrükdə sahibkarlara qan udduran Ə.Məlikovu Akif Çovdarovun taleyini gözləyir. Özəl mənbələrdən əldə etdiyimiz məlumatlara görə, artıq bu istiqamətdə gərəkən təlimatlar verilib.

Bu günlərdə  gömrükdə gestapo rejimi yaratmış “Broker” MMC-nin ləğvi ətrafında müzakirələr gedir. Bu qurumun birdəfəlik demontaj olunacağı bildirilir. Çünki iş adamlarından saysız-hesabsız şikayətlər prezidentə ünvanlanır.

Sahibkarlar MTN-dəki çetenin eynisinin gömrükdə olduğunu qeyd edirlər. Üstəlik, Ə.Məlikov gömrükdə idxal rüsumlarının artırılmasından sonra sahibkarlardan aldığı rüşvəti artırıb. Gömrükdə iş adamlarını soyan Ə.Məlikov prezident İlham Əliyevin son tapşırıqlarına qarşı gedir. Ölkə başçısı bildirib ki, iş adamlarına şərait yaradılmalıdır, süni qiymət artımı yolverilməzdir. Ancaq gömrüyün baş monopolisti dövlət rəhbərinin sözlərini qulaqardı edir.
Nə kassa-mədaxil orderi, nə də qəbz verən “Broker” MMC faktiki olaraq, gömrük sahəsində dövlək komitəsindən daha səlahiyyətli qurumdur. Bu səbəbdən də yaxınları Əbülfəz Məlikovu “cənab nazir” deyə çağırırlar. Çünki hazırda onun səlahiyyətləri gömrük komitəsinin sədrindən az deyil. Hətta brokerlər gömrüyə daxil olmayana qədər, Gömrük Komitəsinin heç bir əməkdaşı yük maşınlarını aça bilməz.(24saat.org)

“Broker” MMC-nin iş prinsipi, yəni sahibkarlardan “haqq” yığma metodu da sadədir. Gömrükdən keçən bütün yükdaşımalara, yəni, karqo biznesinə nəzarət bu quruma verilib ki, o da bundan istifadə edib büdcəyə çatan vəsaiti xüsusi hesablara yönəldir. Onlar oliqarxların maraqlarına uyğun olaraq, idxal olunan məhsullara rüşvət tarifləri tətbiq edirlər ki, ölkədə həmin malları ucuz sata bilməsinlər. Yığılan qeyri-rəsmi vəsait isə “Trans Broker” MMC vasitəsilə bir mərkəzə toplanır. Maraqlıdır ki, Ə.Məlikovun MTN çetesi ifşa olunmazdan əvvəl A.Çovdarovla yaxın münasibətləri olub.