Yevlaxda zəncirvari qəza olub, xəsarət alanlar var



 

Yevlax rayonunda 3 avtomobilin iştirakı ilə yol qəzası baş verib.

“Report” xəbər verir ki, 2 VAZ və bir “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə “Mercedes” markalı avtomobildə olan sərnişinlər, Füzuli rayon sakini, 1952-ci il təvəllüdlü Məhlüqə Həsənova və Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Leyla Həşimova müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.