Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Mingəçevirdə yaşayış binasında yanğın - 5 nəfər xilas edildi, 37 nəfər təxliyyə olundu

  124

Mingəçevirdə yanğın hadisəsi qeydə alınıb.
 

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Mingəçevir şəhərində çoxmərtəbəli yaşayış binasının şaxtasında 30 p.m kabel yanıb.
 
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmiş 5 nəfər xilas edilib və 37 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yağından mühafizə olunub.
 
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.