Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com
AZ Ru En

“Sizdən heç nəyi gizlin saxlamaq olmur” - Qurbanov Rəşadın təyinatı haqda

  12

Azərbaycan Kuboku 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Sumqayıt” 2-1 məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssisz matç haqda fikirlərini bildirib:

“Ağır oyun oldu. “Sumqayıt”ın bu matça yaxşı hazırlaşması hiss olunurdu. Hiss etdim ki, komanda yorulub, gücü tükənib. Futbolçularım son güclərini tapdılar və oyunda qələbə qazandılar. Buna görə onlara təşəkkür edirəm. Bu gün də futbolçular hiss etdilər ki, kubok matçı çempionat oyunundan fərqlənir. Cavab oyunu var. Təsəvvür edirəm ki, cavab oyunu bundan daha ağır olacaq. Ümid edirəmki daha yaxşı olacaq”.

- Buraxılan qol sizə səfərdə çətinlik yaradacaqmı?

- Buraxılan bir qol bizə çətinlik yaradacaq. Bu rəqibin üstünlüyüdür. “Sumqayıt” qol vurmağı bacaran komandadır. Öz meydanlarında daha yaxşı oynayırlar.

- Milli komanda haqda mətbuatda yazılan xəbərlər doğrudurmu?

- Əmin oldum ki, sizdən heç nəyi gizlin saxlamaq olmur. İşlər gedir. Dəyişikliklər gözlənilir. Sabah yox, o biri gün rəsmi açıqlamalar olacaq.

- Rəşad Sadıqovun karyerası bitirmə haqda söhbətiniz olubmu?

- Rəşad bir il də oynamaq istəyirdi. O bizə meydanda da lazımdır. Açığı, istərdik ki, meydanda olsun. İşin nə dərəcədə ağır olduğunu bildikdən sonra qərar veriləcək.