Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com
AZ Ru En

Putin Türkiyədədir - Ərdoğanla 7-ci görüş

  15

Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya səfəri başlayıb.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər, Qüds problemi və Suriyadakı son vəziyyət müzakirə ediləcək.

İki lider Yaxın Şərqdə gərginliyin artmaması üçün çıxış yollarını nəzərdən keçirəcəklər.

Şam yeməyi və görüşdən sonra mətbuat konfransı baş tutacaq.

Qeyd edək ki, bu, Putin və Ərdoğan son 1 ayda 3-cü, il ərzində isə 7-ci görüşüdür.

***

Prezidentlər arasında 1 saat davam edən görüş başa çatıb. Az sonra liderlər jurnalistlər qarşısında çıxış edəcəklər.